Jurnalist həbsxanada aclığı davam etdirir
Tarix: 13-08-2019, 16:08
Həbsdə olan "Realliq.info" saytının redaktoru İkram Rəhimov yeddinci gündür aclığı davam etdirir.
Jurnalist təkrar məhkəmə istintaqı olmadan onun apellyasiya şikayətinə baxılmasına etiraz olaraq avqustun 7-də aclıq elan edib.
CİVİL AZERBAİJAN-ın məlumatına görə ailəsindən bildiriblər ki, Rəhimov aclıq elan etdikdən sonra cərimə təcridxanasına salınıb.
“Onun səhhətində problemlər yaranıb. Son günlər İkramın səhhəti ilə bağlı hər hnası məlumat ala bilmirik. O dörd gün öncə evə zəng etmişdi və çox ağır danışırdı. Səhhətində problər olduğunu bildirdi. Biz ombudsmanı, hüquq müdafiə təşkilatlarını, Qırmızı Xaç Komitəsini İkramın taleyi ilə maraqlanmağa çağırırıq,“ ailə üzvlərindən biri Amerikanın Səsinə deyib.
Penitensiar Xidmət hələ jurnalistin aclıq etməsi ilə bağlı xəbərlərə münasibət bildirməyib.
İkram Rəhimov 2018-ci il oktyabrın 26-da hədə yolu ilə pul tələb etməkdə ittihamı ilə həbs edilib. O, həbsdən öncə bildirib ki, Azərbaycan pezidentinin köməkçisi Əli Həsənovu tənqid etdiyinə görə təqib olunur. Məhkəmədə bunu bir daha bildirib.
İyunun 12-də məhkəmə onu 5,5 il müddətinə azadlıqdan məhrum edib. Avqustun 7-da Bakı Apellyasiya Məhkəməsində İkram Rəhimovun işi üzrə ilkin iclas olub. Müdafiə tərəfi təkrar məhkəmə istintaqı və birinci instansiya məhkəməsində şahidlərin və zərəçəkənlərin ifadələri saxtalaşdırıldığına görə onların yenidən dindirilməsi barədə vəsatət qaldırıb.
Həmçinin vəkil xahiş edib ki, həmin səbəbdən Rəhimovun telefon danışıqlarının audioyazısının təkrar ekspertizası təyin edilsin. Lakin vəsatət təmin edilməyib. Növbəti iclas avqustun 21-nə təyin edilib. İkram Rəhimov etiraz olaraq məhkəmə zalında aclığa başladığını bildirib. (Amerikanın Səsi)
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər