Ermənistan əsgərin Azərbaycan tərəfinə ‘azaraq’ keçdiyini deyir
Tarix: 13-08-2019, 20:21
Ermənistanın müdafiə naziri David Tonoyan əmindir ki, hərbi xidmətdə olan Araik Kazaryan Azərbaycan tərəfinə azaraq keçib.
CİVİL AZERBAİJAN bildirir ki, Tonoyan avqustun 13-də keçirilən brifinqdə AzadlıqRadiosu Erməni xidmətinin sulaına cavab verərkən deyib:
“Təhqiqat hələki davam edir, amma mən şəxsən inanıram ki, bizim əsgərimiz coğrafi baxımdan səhv edib”.
Azərbaycan tərəfinin erməni əsgərin Füzuli rayonundakı hərbi mövqe yaxınlığında saxlanması və onun “fərariliyinin qulluq etdiyi hərbi hissədəki qeyri-insani rəftarla bağlı olmasına” dair bəyanatını şərh edərkən nazir deyib:
“Bu düşmənin informasiya təbliğatının nəticəsidir. Mən düşünmürəm ki, bu informasiyanı yaymaq lazımdır. Mənim daxili əminliyim var ki, o sadəcə olaraq azıb”.
David Tonoyan daha sonra bildirib:
“Bu bizim hamımız üçün kədərli hadisədir, amma mən düşünürəm ki, hər şey yaxşı olacaq. Mən habelə azərbaycanlı həmkarlarımı bu informasiya kampaniyasına son qoymağa çağırıram”.
Azatutyunun yazdığına görə bugünlərdə Dağlıq Qarabağın “müdafiə nazirliyi” bildirib ki, təmas xəttinin cənub-şərq istiqamətindəki hərbi hissələrdən birinin hərbi xidmətçisi Ararik Kazaryan naməlum şəraitdə döyüş mövqeyini tərk edib.
Azərbaycan tərəfi əsgərin saxlandığını bildirib.
Ermənistanın müdafiə naziri deyib ki, hazırda hərbçinin vətənə qaytarılması üçün iş başlanıb.
Ermənistan hökuməti Qırmızı Xaç vasitəsilə müvafiq beynəlxalq strukturlara müraciət edib.
AzadlıqRadiosu Erməni xidmətinin məlumatına görə Qırmızı Xaç hazırda tərəflərlə danışıqlar aparır.
Ermənistan Müdafiə Nazirliyinin fakt üzrə xidməti təhqiqata başladığı xəbər verilir.
19 yaşlı Araik Kazaryan əslən Ermənistanın Vayotsdzor vilayətindəndir.
Azərbaycan Müdafiə Nazirliyi avqustun 12-si səhər saatlarında cəbhənin Füzuli rayonu istiqamətində Ermənistanın hərbi qulluqçusu Aro Xaykoviç Kazaryanın saxlandığıni xəbər vermişdi.
Nazirliyin məlumatında saxlanan şəxsin fərari olduğu vurğulanırdı.
Rəsmi açıqlamada deyildiyinə görə, ilkin dindirilmə nəticəsində müəyyən olunub ki, onun fərarilik etməsinə səbəb xidmət etdiyi hərbi hissədə baş verən özbaşınalıq, hərbi qulluqçulara qarşı edilən dözülməz və qeyri-insani münasibətdir.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər