"Müsavatın hər hansı öhdəliyi yoxdur" - Arif Hacılı
Tarix: 15-08-2019, 16:29
"Müsavat Partiyasının heç bir beynəlxalq qurum, beynəlxalq təşkilat, xarici dövlət qarşısında hər hansı öhdəliyi yoxdur. Müsavat Partiyası Azərbaycanın Konstitusiyası, qanunları, beynəlxalq hüquq normaları və öz nizamnaməsinə əsasən fəaliyyət göstərir".
CİVİL AZERBAİJAN-ın məlumatına görə bu fikirləri Müsavat Partiyasının başqanı Arif Hacılı bildirib.
Qeyd edək ki, ötən gün Türkiyədə yaşayan fəal, Əbülfəz Elçibəyin kürəkəni Aqil Səmədbəyli siyasi partiyaların Qarabağla bağlı beynəlxalq təşkilatlar qarşısında öhdəlik götürüb-götürmədiyi barədə partiya rəhbərlərinə sual ünvanlamışdı.
Bu suala cavab verən Arif Hacılı deyib ki, Müsavat Azərbaycanın ərazi bütövlüyü, dövlət suverenliyimizin bütün ərazilərimizdə təmin edilməsi, ölkədə hüquqi dövlət, demokratık cəmiyyət qurulmsı uğrunda mübarizə aparır:
"Azərbaycan xalqı, eyni zamanda son 100 ildən çox dövrdə xalqın iradəsinin əsas ifadəçisi olan Müsavat Partiyası Azərbaycan ərazilərində daha bir erməni dövlətinin yaranması ilə heç vaxt barışmayacaq.
Dağlıq Qarabağ problemi ərazilərin toxunulmazlığına dair beynəlxalq hüquq normasına, BMT-nin bu məsələyə dair 4 qətnaməsinə uyğun olaraq həll edilməli, BMT tərəfindən qəbul edilmiş Azərbaycanın 86.6 min kv. km ərazilərimizdə dövlət suverenliyimiz təmin edilməlidir.
Ərazilərini düşmən işğalından azad etmək Azərbaycan xalqının haqqıdır. Ərazilərimiz işğaldan azad ediləcək. Bunun sülh ya müharibə yolu ilə olacağı isə artıq erməni xalqının seçimidir.
Beynəlxalq hüquq normalarına, BMT- nin qəbul etdiyi qətnamələrə əməl edəcəklərsə, Azərbaycanın ərazi bütövlüyünü, Konstitusiyasını, qanunlarını tanıyaraq qeyri- qanuni silahlı dəstələrini ərazilərimizdən geri çəkəcəklərsə müharibə olmayacaq". (Arqument.az)
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər