Qəzaya uğrayan hərbi təyyarənin yeni hissələri tapılıb

Xəbərin çap versiyası
Tarix: 16-08-2019, 13:36
Qəzaya uğrayan hərbi təyyarənin yeni hissələri tapılıb


Bu barədə Türkiyə Müdafiə Nazirliyinin Twitter səhifəsində məlumat yayılıb

Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) təlim-məşq uçuşu keçirən zaman qəzaya uğrayan "MİQ–29" təyyarəsinin yeni tapılmış fraqmentlərinin görüntüləri yayılıb.

CİVİL AZERBAİJAN bildirir ki, görüntülər Türkiyə Müdafiə Nazirliyinin Twitter səhifəsində yayılıb.

Məlumatda bildirilib ki, Türkiyə Hərbi Dəniz Qüvvələrinin mütəxəssisləri Xəzər dənizinə düşən "MİQ-29" təyyarəsinə aid yeni hissələr tapıb, hava şərtlərinə uyğun olaraq pilotun nəşinin və təyyarənin qara qutusunun axtarışları davam etdirilir.

Azərbaycan Hərbi Hava Qüvvələrinin "MiQ-29" təyyarəsi iyulun 24-də təlim-məşq uçuşları keçirən zamanı qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib. Təyyarənin pilotu Rəşad Atakişiyev barədə hələ də məlumat yoxdur.

Müdafiə Nazirliyi iyulun 25-də yaydığı açıqlamada təyyarənin Xəzər dənizinə düşdüyünü ehtimal edirdi. Axtarış məqsədilə komissiya yaradılıb. Hadisə ilə bağlı Hərbi Prokurorluq Cinayət Məcəlləsinin 342.2-ci (qulluğa səhlənkar yanaşma) maddəsi ilə cinayət işi başlayıb.

Müdafiə Nazirliyi bildirib ki, axtarışlara xarici mütəxəssislər də cəlb edilib.

Təyyarənin bəzi fraqmentləri ilk dəfə avqustun 8-də tapılıb. (Amerikanın Səsi)

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz