Azərbaycanda siyasi məhbus sayılanların yeni siyahısı hazırlanıb
Tarix: 31-08-2019, 22:15
“Azərbaycan Siyasi Məhbuslara Azadlıq” İttifaqı (ASMAİ) siyasi motivlərlə həbs edilən şəxslərin yeni siyahısını dərc edib.
CİVİL AZERBAİJAN bildirir ki, siyahıda 117 nəfərin adı var, onlar 8 qrupa təsnif edilib.
“Jurnalistlər və blogerlər” qrupunda 6 nəfər var. Bu qrupdan azadlığa çıxan jurnalist Seymur Həzinin adı çıxarılıb.
“Hüquq müdafiəçiləri” qrupunda bir nəfər – Əliabbas Rüstəmov qalıb.
“Müxalif partiya və hərəkatların üzvləri” siyahısında 6 nəfər var. Bu siyahıdan Müsavat Partiyasının fəalı Azad Həsənov çıxıb.
“MTN-dəki cinayətlərin qurbanları” kateqoriyasında 3 nəfər var – bu, “Səid Dadaşbəylinin qrupu” işi üzrə həbs edilənlərdir.
Avropada yaşayan bacısının həyat yoldaşı Türkel Azərtürkün müxalif jurnalist fəaliyyətinə görə həbs edilmiş Emin Sagiyev “siyasi girov” kimi tanınıb.
Ən çox ad “Dindarlar” qrupundadır – 55 nəfər.
Gəncə işi ilə bağlı siyası məhbusların sayı artıb. 2019-cu ilin iyulunda tərtib edilmiş əvvəlki siyahıda 18 nəfər var idisə, hazırda bu qrupda 31 nəfər var.
“Ömürlük məhbuslar” qrupunda 14 nəfər qalıb.
Qeyd edək ki, ASMAİ 2018-ci ilin sonlarında Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus, Siyasi Məhbusların Monitorinqi Mərkəzinin rəhbəri Elşən Həsənov, hüquq müdafiəçisi Hilal Məmmədov və Azərbaycan Ziyalılar Şurasının sədri Eldəniz Quliyev tərəfindən yaradılıb.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər