Müsavat fəalı yoxa çıxıb
Tarix: 14-09-2019, 11:47
Sentyabrın 13-də Müsavat Partiyasının fəalı İlqar Mahmud Bakıda yaşadığı evin yaxınlığında saxlanaraq naməlum istiqamətə aparılıb.
CİVİL AZERBAİJAN bildirir ki, Müsavat Partiyasından verilən məlumatına görə, indiyədək fəalın harada saxlanıldığını müəyyən edə bilməyiblər.
İlqar Mahmud partiyanın Laçın təşkilatının üzvüdür. O, köçkünlərin tədbirlərində həmişə fəal şəkildə iştirak edir.
“İlqar Mahmud “Qarabağa Qayıdış” təşkilatının fəallarındandır. Son vaxtlar ABŞ və Türkiyə səfirlikləri qarşısında keçirilən piketlərdə fəal iştirak edib. O, sosial şəbəkədə canlı yayım vasitəsilə Laçının qaytarılması mövzusunda tələblər səsləndirib,” - Müsavat Partiyası bildirib.
Fəalın saxlanılmasıyla bağlı rəsmi qurumlar heç bir məlumat verməyib.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər