Fuad Qəhramanlı AXCP sədrinin müavini vəzifəsindəni istefa verib

Xəbərin çap versiyası
Tarix: 21-09-2019, 01:34
Fuad Qəhramanlı AXCP sədrinin müavini vəzifəsindəni istefa verib


Fuad Qəhrəmanlı AXCP sədrinin müavini vəzifəsindən istefa verib.

CİVİLAZERBAİJAN.COM bildirir ki, bu haqda o özünün feysbuk səhifəsində məlumat yayıb.

“Dostlar mənimlə bağlı yaranmış vəziyyət bəhanə edərək ACXP- yə qarşı səlib yürüşünə keçiblər. Hər zaman AXCP və onun lideri Əli Kərimli mənim üçün siyasi fəaliyyətimin mənası, məhvəri olub. Ona görə də nə liderimə, nə də ki, AXCP yə bir ziyan dəyməməsi üçün hər zaman hər cür fədakarlığa hazır olmusam. Barəmdə deyilən ittihamlar təhrif olunub və mən həbs olunmazdan öncə 4- 5 il öncə konfliktli situasiya zəminində qısa müddətli ailə daxil münaqişə yaşlşamışam Bu baş verənlərə görə də pesimanam. Bu zaman yaşanan gərginlik övladlarımda mənəvi travma yaradıb və Selcanın açıqlaması da bu travmadan doğan emosional reaksiya olub. Ancaq bundan sonra Zümrüdlə 5 illik birgə həyat sürməklə, biz əslində o dönəmin yaralarını sarmışdıq. Selcanın statusunda qeyd etdiyi fikirlərlə bağlı polemikaya girməyi mənəvi baxımdan özümə uyğun görmədiyimdən , onunla bağlı gerçək motivləri də aydınlaşıdırmağı doğru saymıram” – deyə Fuad Qəhrəmanlı bildirib.

“Bütün bunlara rəğmən mən indiki halda öz haqlılığımı deyil, AXCP nin nüfuzunu və ona qara yaxmaq istəyənlərin məkrli niyyətlərinin qarşısını almağı əsas ğötürərək, AXCP sədrinin müavini postundan istefa verirəm” – Qəhrənalı qeyd edib.

Qeyd edək ki Fuad Qəhrəmanlının qızı Selcan Yağmur sentyabrın 19-da sosial şəbəkədə status paylaşaraq, özünün və anası Zümrüd Yağmurun atası tərəfindən dəfələrlə şiddətə məruz qaldığını bildirib. Zümrüd Yağmur qızının doğru yazdığını təsdiqləyib. Demokratik ictimaoyyətin bir sıra nümayəndələri bundan sonra Fuad Qəhrəmanlının üzr istəməsini və AXCP-dən getməsini tələb edib.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz