Müsavatçılar Lənkəranda iclas keçirməyə imkan verilmədiyini deyirlər

Xəbərin çap versiyası
Tarix: 22-09-2019, 16:04
Müsavatçılar Lənkəranda iclas keçirməyə imkan verilmədiyini deyirlər


Bu gün, sentyabrın 22-də Müsavat Partiyası Lənkəran rayon təşkilatının ümumi yığıncağının keçirilməsinə imkan verilmədiyi bildirilir.

CİVİLAZERBAİJAN.COM bildirir ki, bu barədə AzadlıqRadiosuna Müsavat Partiyasının Divan üzvü Yadigar Sadıqlı danışıb:

“Lənkəran təşkilatının ümumi yığıncağı keçirilməli idi. Təşkilatın rəbhbərliyi və qurultaya nümyəndə seçməli idik. Qərərgahımız yoxdur. İclas bizim evdə keçirilməli idi. Polislər gəlib qapının önünü kəsmişdilər, həyətə girmişdilər.Sonra dedilər ki, rəis səni çağırır, gedək polisə. Pariyanın rəhbər şəxslərindən də burda var. Paltarımı dəyişdim, çlıxıdm küçəyə. Gördüm ki, polislər qapıdan uzaqlaşıblar. Hər iki tərəfdən yüz metr aralıda durublar. Sadəcə gedib-gələnləri buraxmırlar. Bizi polisə aparmadılar. Üzvlərimiz müxtəlif yerlərdə durub gözləyirlər. Belə görürəm ki, bunlar 3-4 saata buralara nəzarət edəcəklər. Ən azı Bakıdan gələnlər gedəndən sonra onlar da, yəqin çxıb gedəcəklər.”

Bu açıqlamaya, hələlik Lənkəran Rayon Polis Şöbəsi və Daxili İşlər Nazirliyindən münasibət almaq mümkün olmayıb. Amma rəsmilər bir qayda olaraq ölkədə fundamental azadlıqların qorunduğunu bəyan edirlər.

Müsavat Partiyasının 9-cu qurultayı oktyabrın 12-si Bakıda keçirilməlidir. Partiya Divanının bu il sentyabrın 16-da keçirilən iclasında belə qərar verilib. Yer üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət olunacağı bildirilir.

Qurultaya hazırlıq məsələsinə Müsavat Məclisinin 2018-ci il iyunun 9-da keçirilən iclasında baxılıb, müvafiq təşkilat komitəsi yaradılıb. Partiya nizamnaməsinə əsasən, qurultay Müsavatın ali orqanıdır, 4 ildən bir çağırılır.

Partiyanın başqanı Arif Hacılı hələ bir neçə gün öncə AzadlıqRadiosuna açıqlamasında yerlərdə toplantılara maneələr olduğunu bildirmişdi. Amma rəsmi qurumlardan belə məlumatlar təsdiqlənməmişdi. Müsavat Partiyasından bildirildiyinə görə, konfarns keçirmək məqsədi ilə müraciət ediləndə müsbət cavab verilmir.

Rəsmilər isə ölkədə siyası partiyalara faliyyət üçün bütün imkanlar yaradıldığını vurğulayırlar.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz