"Danışıqlar sonsuzadək davam edə bilməz" - ELMAR MƏMMƏDYAROV

Xəbərin çap versiyası
Tarix: 29-09-2019, 15:24
"Danışıqlar sonsuzadək davam edə bilməz" -


Azərbaycan Xarici işlər naziri Elmar Məmmədyarov sentyabrın 28-də Nyu Yorkda BMT-nin 74-cü sessiyasının ümumu yiğıncağında bəyanat verib.

CİVİLAZERBAİJAN.COM
bildirir ki, o, bəyanatında bir sıra məsələlərlə yanaşı Dağlıq Qarabağ münaqişəsinə də toxunub. Elmar Məmmədyarov qeyd edib ki, Ermənistan Azərbaycan ərazilərinin təqribən beşdə bir hissəsinin işğal edib.

“Həll edilməmiş münaqişə beynəlxalq və regional sülhə… təhlükəsizliyə xələl gətirməkdə davam edir. Keçən il baş tutmuş ümumi müzakirələrdən bəri münaqişənin siyasi həllində heç bir irəliləyiş əldə edilməmişdir.

Son iki ildə iki ölkə rəhbərləri arasında birbaşa təmaslar və xarici işlər nazirlərinin görüşlərinə baxmayaraq, Ermənistan rəhbərliyi tərəfindən həqiqi marağın olmaması münaqişənin nizamlanması prosesinə mane olur. Əksinə, Yerevan həm sözlə, həm də əməlləri ilə prosesi ləngidir və münaqişənin tezliklə sülh yolu ilə həlli səylərinə zərbə vurur. Ermənistan Baş naziri və hökumət üzvlərinin bu yaxında səsləndirdikləri bəyanatları onların beynəlxalq hüquq və Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə zidd olaraq, ilhaqçı siyasət yürütdüklərinə dair heç bir şübhəyə yer qoymur”.

Nazir daha sonra bu münqişə ilə bağlı 1993-cü ildə BMT Təhlükəsizlik Şurasında qəbul edilən qətnamələri xatırladıb:

“Yekdilliklə qəbul edilmiş 822 (1993), 853 (1993), 874 (1993), 884(1993) saylı qətnamələrində Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası Azərbaycana qarşı güc tətbiqini və onun ərazilərinin işğalını, mülki şəxslərə qarşı hücumları, yaşayış ərazilərinin bombalanmasını pisləyib. Həmçinin, Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə hörməti, beynəlxalq sərhədlərin toxunulmazlığını və ərazilərin əldə edilməsi üçün güc tətbiqinin qəbuledilməz olduğunu bir daha təsdiq etmişdir”.

O vurğulayıb ki, Azərbaycan münaqişənin tezliklə siyasi yolla həllinə sadiqdir:

“Eyni zamanda, danışıqlar sonsuzadək davam edə bilməz. Güc tətbiqi, işğal, etnik təmizləmə nəticəsində yaranmış vəziyyətin davam etməsinə və saxlanılmasına xidmət etməməlidir. O, həmçinin BMT Nizamnaməsi və beynəlxalq hüquqda nəzərdə tutulan özünümüdafiə hüququnun tətbiqinə xələl gətirməməlidir.Beynəlxalq ictimaiyyəti və öz xalqını yanıltmaq səylərinə vaxt itirmək əvəzinə Ermənistan, dayanıqlı olmayan status quo vəziyyətini uzatmaq üçün faydasız cəhdlərindən əl çəkməli və beynəlxalq öhdəliklərinə əməl etməlidir….”

Nikol Pashinianın dedikləri

Bir neçə gün öncə isə Nyu Yorkda BMT Baş Assambleyasının 74-cü sessiyasında çıxış edən Ermənistan baş nazir Nikol Pashinian Azərbaycan prezidenti İlham Əliyevi “onun təklif etdiyi formulu qəbul etməyə və Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsində irəliləyişə şərait yaratmağa” çağırmışdı:“İstənilən həll Ermənistan, Dağlıq Qarabağ və Azərbaycan xalqları üçün məqbul olmalıdır. Biz bu formulu həyata keçirmək üçün birlikdə işləməliyik”.

Ermənistanın baş naziri habelə çıxışında demişdi ki, Qarabağ münaqişəsinin sülh yolu ilə həlli regionun stabillik və təhlükəsizliyi üçün həlledici əhamiyyətə malikdir.Lakin N. Pashinian əlavə etmişdi ki, “Azərbaycanın ali hakimiyyəti öz mövqelərində qalır və Qarabağ məsələsinin müstəsna olaraq Azərbaycan xalqı üçün məqbul həllinə can atır”.

“Bu nə deməkdir? Bu o deməkdir ki, Azərbaycan hakimiyyəti münaqişəni həll etmək niyyətində deyil. Bunun əvəzində onlar Dağlıq Qarabağ xalqına qalib gəlmək istəyirlər. Onlar kompromisə getmək istəmirlər”.

BMT-nin 74-cü sessiyası sentyabrın 17-də açılıb.Sessiyada əsas müzakirələr sentyabrın 24-də başlayıb. Orada dünyada bəzi böhranlar, sülh və təhlükəsizliyə aid bir çox məsələlər müzakirə edilib. BMT-nin 74-cü sessiyası sentyabrın 30-da başa çatmalıdır.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz