"Bu, siyasi hoqqabazlıdan başqa bir şey deyil' - ZÜMRÜD YAĞMUR

Xəbərin çap versiyası
Tarix: 2-10-2019, 20:53
"Bu, siyasi hoqqabazlıdan başqa bir şey deyil' -


«Bu, siyasi hoqqabazlıqdan başqa bir şey deyil».

CİVİLAZERBAİJAN.COM
bildirir ki, yazar Zümrüd Yağmur bunu Azadlıq Radiosuna Baş prokuror Zakir Qaralovun dünən, oktyabrın 1-də məlum açıqlamaları ilə bağlı bildirib.

Z. Yağmur hesab edir ki, Azərbaycanda ədalətsizliklərin baş verməsinin səbəbləri elə Z.Qaralovun da təmsil olunduğu iqtidardır: «Mən onların ədalətinə, yaxud da heç bir siyasi mənfəət güdmədən Azərbaycanda hər hansı bir insanın, qadının, kişinin, uşağın - fərq etməz - haqqını doğrudan da qorumaq istəyi ilə bağlı səmimiyyətinə inanmıram. Belə bir təşəbbüsüm də yoxdur ki, kimdənsə kiminsə haqqında araşdırma istəyim, kiminsə cinayət məsuliyyətinə cəlb olunmasını istəyim. Belə bir istəyim yoxdur».

Z. Yağmur sual edib: «Bəs mənim 14-yaşlı qızım küçədə döyüləndə onlar hardaydı?».

Z. Yağmurun sözlərinə görə, əgər onlar səmimidirsə, ölkədə işgəncələrlə bağlı şikayətləri araşdırmalıdırlar.

Bu ilin aprelində Fuad Qəhrəmanlı və Zümrüd Yağmurun qızının küçədə fiziki zorakılıq və təhqirlə üzləşdiyi açıqlanmışdı.

Bu məsələyə görə xırda xuliqanlıqda ittiham edilən Tural Qarayev adlı şəxs 15 sutka inzibati həbs cəzası almışdı. T. Qarayev həmin vaxt yaydığı videomüraciətdə F.Qəhrəmanlı və Z. Yağmuru xarici qüvvələrə işləməkdə günahlandırmışdı.

F. Qəhrəmanlı və Z. Yağmur isə hesab edirdilər ki, həmin şəxs yuxarıdan himayə olunur, əks halda, inzibati cəza ilə məsələ bitməzdi.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz