Əfqan Muxtarlı niyə əfvlə azadlığa çıxa bilməz? - SƏBƏB

Xəbərin çap versiyası
Tarix: 16-10-2019, 11:14
Əfqan Muxtarlı niyə əfvlə azadlığa çıxa bilməz? -


16 saylı Cəzaçəkmə Müəssisəsində saxlanan jurnalist Əfqan Muxtarlı sentyabrın əvvəlində tibbi müayinədən keçsə də, bunun nəticələri barəsində özünə məlumat verilmədiyi bildirilir.

CİVİLAZERBAİJAN.COM bildirir ki, bu barədə AzadlıqRadiosuna danışan vəkil Nemət Kərimlinin sözlərinə görə, yayda Ə.Muxtarlı başgicəllənmədən şikayət edib: «Penitensiar Xidmətin Müalicə Müəssisəsinin həkimləri gəlib onu müayinə edib, gediblər. Lakin nəticələr nə özünə, nə də mənə açıqlanıb. Bəlkə Əfqanın ciddi xəstəliyi var?».

N.Kərimli həmçinin bildirib ki, Ə.Muxtarlı yüksək qan təzyiqindən və şəkərli diabetdən əziyyət çəkir.

«Turan» agentliyinin xəbərinə görə, Ədliyyə Nazirliyin Baş Tibb İdarəsinin rəis müavini İftixar Qurbanov isə onlara deyib ki, Ə.Muxtarlı hər hansı ciddi xəstəlikdən əziyyət çəkmir: «Vəziyyəti sabitdir və müayinənin nəticələri barədə Ə.Muxtarlının özünə məlumat verilib».

Jurnalistlər Əfqan Muxtarlının azadlığa buraxılmasını istəyir

Bir neçə gündən sonra oktyabrın 18-də Azərbaycanın Dövlət Müstəqilliyinin bərpası günü qeyd olunacaq.

Vəkilin sözlərinə görə, Əfqan Muxtatlının və digər siyasi məhbusların azad edilməsi 18-də Dövlət Müstəqilliyin bərpası günü bayram töhfəsi ola bilər.

Əfqan Muxtarlının həbsdən azad edilməsi ilə bağlı hakimiyyətə çağrış edən jurnalistlər də bu çağrıçın ölkədə mühitin sağlamlaşdırılmasına yaxşı təsir edəcəyini bildiriblər.

BBC News Azərbaycancaya danışan Turan İnfromasiya Agentliyinin rəhbəri Mehman Əliyev deyib ki, onların çağırışları hakimiyyətə və onun bütün inistutlarınadır.

"Bu yaxınlarda Gürcüstanın Tbiilis şəhərində Cənubi Qafqaz ölkələrinin media qurumları konfransında iştirak edərkən Əfqan Muxtarılının həyat yoldaşı Leyla xanımla bu məsələni müzakirə etdik. Əfqan Muxtarlı və həbsdə olan jurnalistlərin qanunsuz həbsi barəsində çıxşımız oldu və orada belə qərara gəldik", Mehman Əliyev deyib.

Mehaman Əliyevlə bərabər hakimiyyətə çağırışa Elçin Şıxlı, Arif Əliyev və Qulu Məhərrəmli qoşulub.

Millət vəkili Çingiz Qənizadə: "Əfqan Muxtarlının əfvlə azadlığa çıxması ehtimalı azdır"

Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü, millət vəkili Çingiz Qənizadə BBC News Azərbaycancaya deyib ki, "Əfqan Muxtarlının əfvlə azadlığa çıxması ehtimalı azdır".

Onun sözlərinə görə Əfv komissiyası üzvlərinin yalnız onun azadlığa buraxılması üçün toplaşması qeyri mümkündür.

O deyib ki, Əfv komissiyasının üzvləri hər il əfv sərəncamı verilməmişdən əvvəl toplaşıb yüzlərlə müraciətlərə baxırlar.

"Əfqan Muxtarlının azadlığa buraxılması üçün 18 oktyabr tarixi istənilib və buna çox az zaman qalıb", Çingiz Qənizadə bildirib.

O deyib ki, əgər onu prezident əfv etsə, bu onun müstəsna səlahiyyətdir və bunu hər zaman edə bilər.

"Mən bir çox Avropa təşkilatları ilə Azərbaycan arasında fikir ayrılığına gətirib çıxarılmasına səbəb olan şəxslərin o cümlədən Əfqan Muxtarlının azadlığa çıxmasının mən tərəfdarıyam", Çingiz Qənizadə deyib.

O bildirib ki, əgər Əfqan Muxtarlının səhhətində həqiqətən problem varsa, o Ədliyyə Nazirliyi yanındakı ictimi komitənin üzvü kimi araşdırıb onun müalicə olunması sahəsində işlər aparacaq.

Cingiz Qənizadə "prezidentin ilin sonunda əfv sərəncamı verəcəyinə ümidli olduğunu deyib, amma bunu "ehtimalla" bildirdiyini əlavə edib.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz