Qiyas İbrahimovun valideynlərini polis saxlayıb

Xəbərin çap versiyası
Tarix: 19-10-2019, 11:57
Qiyas İbrahimovun valideynlərini polis saxlayıb


NİDA Vətəndaş Hərəkatının üzvü Qiyas İbrahimov valideynlərini polisin saxladığını bildirir.

CİVİLAZERBAİJAN.COM
-un məlumatına görə, gənc fəal AzadlıqRadiosuna deyib ki, valideynləri Nizami rayon 25-ci Polis Bölməsindədir.

"Anam Şura Əmiraslanova bu gün, oktyabrın 19-u səhər 7:30 radələrində işə gedərkən polis tərəfindən saxlanıb. Atam Həsən İbrahimov isə onu axtarmaq üçün 25-ci bölməyə gedib. Orada ona deyiblər ki, anam orada yoxdur və atamı da saxlayıblar. Mənə bunu deyən atam dedi ki, anam da oradadır və səhhətində problem yaranıb, Təcili Tibbi Yardım çağırılıb. Valideynlərimi siyasi girov ediblər".

Bu deyilənlərə, hələlik, Nizami rayon Polis İdarəsi 25-ci Polis Bölməsi və Daxili İşlər Nazirliyindən münasibət almaq mümkün olmayıb.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz