Avropa Komissiyası Azərbaycanla danışıqları dayandırır? - BƏYANAT

Xəbərin çap versiyası
Tarix: 22-10-2019, 21:45
Avropa Komissiyası Azərbaycanla danışıqları dayandırır? -


Avropa Parlamentində təmsil olunan Sosial-demokratlar qrupu Bakıdakı son etiraz aksiyalarının dağıdılması ilə bağlı bəyanat yayıb.

CİVİLAZERBAİJAN.COM
bildirir ki, qrup Avropa Komissiyasını Azərbaycan hakimiyyəti ilə əməkdaşlıq sazişi üzrə danışıqları dayandırmağa çağırıb.

Qurum bəyanatda bildirir ki, ötən həftəsonu hakimiyyət müxalifətin və vətəndaş cəmiyyəti fəallarının gender zorakılığına etiraz aksiyalarını dağıdıb. AXCP lideri Əli Kərimli daxil olmaqla onlarla iştirakçı saxlanıb, döyülüb.

Sosial-demokratlar qrupunda xarici işlər üzrə vitse-prezident Kati Piri deyib ki, son divantutma Əliyev rejiminin ifadə və sərbəst toplaşma azadlığı kimi konstitusion hüquqlara həqarətini göstərir:

“Üstəlik, bu dəfə zorakılıq müxalifət və vətəndaş cəmiyyəti fəallarına qarşı dövlətin idarəçiliyi ilə qarayaxma kampaniyası ilə müşahidə olunub, peşəkar vəzifəsini yerinə yetirən AB diplomatlarına görünməmiş hücum olunub”.

Qrupun xarici işlər üzrə koordinatoru Tonino Picula isə AB-nin xarici siyasət üzrə təmsilçisi Federica Mogherini-ni və Avropa Komissiyasını Azərbaycanla yeni razılaşma üzrə danışıqları təxirə salmağa, Azərbaycan hökumətinin fundamental hüquqlara tam sayqı göstərməsini gözləməyə çağırıb.

“Azərbaycan hakimiyyəti sərbəst toplaşma azadlığına hörmət etməli, vətəndaş cəmiyyətini dağıtmağı dayandırmalı, həbsdə qalan dinc etirazçıları, insan haqları fəallarını və siyasi məhbusları azadlığa buraxmalıdır”, – parlamentari deyib. (AzadlıqRadiosu)

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz