Milli Şura mitinq keçirəcək - NƏ VAXT? HARADA?

Xəbərin çap versiyası
Tarix: 26-10-2019, 00:01
Milli Şura mitinq keçirəcək -


Milli Şura noyabrın 2-də saat 15-də mitinq keçirmək barədə qərar qəbul edib.

CİVİLAZERBAİJAN.COM
bildirir ki, bu barədə Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli Osmanqızı TV-nin canlı efirində bildirib.

Onun sözlərinə görə, Milli Şura mitinqin Məhsul stadionunda və ya 28 May metro stansiyasının qarşısındakı meydanda keçirməyi təklif edib.

“Biz kompromisə gedib, mitinqimizi Məhsul stadionunda keçirə bilərik. Hökumət Məhsul stadionuna razılıq verməsə yenə də mitinqi 28 May metrosunun qarşısında keçirəcəyik.”, - AXCP sədri qeyd edib.

Kərmili Milli Şuranın mitinq qərarının Azərbaycan xalqının iradəsinin nəticəsi olduğunu deyib.

“Biz bu qəraraı Azərbaycan xalqının sosial şəbəkələrdə dəstəyini hiss edərək verdik. Kifayət qədər çox adam mitinq tələb edir. Yeni bir xalq hərəkatının başlanmasını hiss etməkdəyik," - o bildirib.

Bakı meriyası bu il yanvarın 19-da Milli Şuranın keçirdiyi mitinqdən sonra kütləvi aksiyalara razılıq verməyib.

Milli Şuranın son müraciətlərinə cavabda isə meriya mitinqin Bakıdan 20 kilometr aralıda yerləşən Lökbatan qəsəbəsində keçirilməsinə razılıq verilib. Lakin Milli Şura bu təklifdən imtina edərək, oktyabrın 19-da şəhərin mərkəzi hissəsində, 28 May metro stansiyasının qarşısında aksiya keçirməyə cəhd edib.

Cəhdin qarşısı polis tərəfindən güc tətbiq edilərək alınıb, yüzlərlə insan saxlanılıb. 30-dan çox insan inzibati qaydada həbsə məhkum edilib. (AmerikanınSəsi)

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz