Oktay Gulaliyevi maşın vurdu

Xəbərin çap versiyası
Tarix: 29-10-2019, 21:32
Oktay Gulaliyevi maşın vurdu


Oktyabrın 29-da axşam saatlarında hüquq müdafiəçisi Oktay Gülalıyevi avtomobil vurub.

CİVİLAZERBAİJAN.COM
bildirir ki, şahidlərin sözlərinə görə, hadisə Gülalıyev yolu keçərkən baş verib. Onların vurğulamasına görə, qəza baş verəndən sonra avtomobil sürücüsünün özü onu xəstəxanaya çatdırıb.

Yaxınlarının AzadlıqRadiosuna verdikləri məlumata görə, hüquq müdafiəçisi 1 saylı Təcili Tibbi Yardım Mərkəzinə yerləşdirilib və müayinədən keçirilib. "MRT-dən keçirilib, həkimlərin sözlərinə görə, başından xəsarət alıb. Müayinələr davam etdirilir. Hazırda həkimlərin nəzarətindədir", yaxınları deyib.

Oktay Gülaliyev Repressiya və İşgəncələr Əleyhinə Komitənin koordinatorudur.

Bu gün, oktyabrın 29-da Repressiya və İşgəncələr Əleyhinə Komitə “İşgəncələrə son qoyulsun!” adlı 10-günlük ictimai kampaniyaya start verdiyini açıqlamışdı.

O, oktyabrın 29-da bu hadisədən öncə AzadlıqRadiosuna demişdi ki, son illər Azərbaycanda işgəncə halları ilə bağlı şikayətlər artıb:

“İşgəncələrin polis təcridxanalarında, saxlanma yerlərində, hətta hərbi bölmələrdə baş verdiyi bildirilir. Bizim bu kampaniyanın məqsədi işgəncə siyasətinə etiraz etməkdir” - deyə o qeyd etmişdi.

Hüquq müdafiəçisinin sözlərinə görə, kampaniya çərçivəsində bir sıra tədbirlər görüləcək.

Hakimiyyət rəsmiləri isə saxlanma yerləri və cəzaçəkmə müəssisələrində işgəncə olması ilə bağlı şikayətləri, əsasən, əsassız sayırlar. Onların demələrinə görə, belə şikayətlər həqiqəti əks etdirmir və qərəzli olur. (AzadlıqRadiosu)

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz