AXCP fəallarının evinə basqın edilib
Tarix: 30-10-2019, 17:40
Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvləri Ruslan Əmirli və Elzamin Salayevin həbs edildiyi bildirilir.
CİVİLAZERBAİJAN.COM bildirir ki, bu barədə AXCP fəalları sosial şəbəkədə məlumat yayıblar.
Məlumata görə, hadisə oktyabrın 30-da baş verib.
Ruslan Əmirli və Elzamin Salayevin evinə basqın olunub, qapını sındıraraq içəri daxil olublar və hər ikisini həbs ediblər.
Hadisə şahidlərinin sözlərinə görə, siyasi fəallar 15 nəfərə yaxın polis əməkdaşı tərəfindən aparılıblar.
Həmçinin bildirilib ki, siyasi fəal İlqar İsrafilovun da evinə polislər gedib, onu axtarırlar.
Həbslərə səbəb kimi Demokratik Qüvvələrin Milli Şurasının noyabrın 2-ə təyin etdiyi aksiya göstərilir. Fəalların aksiyaya qatılmaması üçün saxlanıldığı güman edilir.
Oktyabrın 29-da həbsdə olan digər fəalların da cəza müddəti artırılıb. (Toplum TV)
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər