İsrailin Azərbaycandakı səfirliyi fəaliyyətini müvəqqəti dayandırır - SƏBƏB

Xəbərin çap versiyası
Tarix: 31-10-2019, 01:18
İsrailin Azərbaycandakı səfirliyi fəaliyyətini müvəqqəti dayandırır -


İsrailin Azərbaycandakı səfirliyi fəaliyyətini müvəqqəti dayandırır.

CİVİLAZERBAİJAN.COM
-un məlumatına görə, İsrailin Xarici İşlər Nazirliyi bildirib ki, ölkənin Maliyyə Nazirliyinin xaricdəki nümayəndəliklərlə bağlı verdiyi qərarından sonra "xaricdəki bütün diplomatik nümayəndəlikləri bağlamağa məcburdur".

Diplomatik nümayəndəliklərin fəaliyyətinin hansı müddətə və nə vaxtdan dayandırılacağı haqda məlumat verilmir.

İsrailin Xarici İşlər Nazirliyi bildirib ki, bu müddət ərzində diplomatik nümayəndəliklərdə əhaliyə heç bir xidmət göstərilməyəcək və nümayəndəliklərə girişə icazə verilməyəcək.

İnterfax agentliyi bildirib ki, İsrailin Moskva, Kiyev və Parisdəki səfirliyi, Torontodakı konsulluğu bu haqda məlumat yayıb.

İsrailin Azərbaycandakı səfirliyindən məsələ ilə bağlı məlumat almaq mümkün olmayıb.

İsrailin Xarici İşlər Nazirliyi öz məlumatında "məsələnin tezliklə həllinə ümid etdiyini" bildirib. (BBC)

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz