Fuad Qəhrəmanlı və daha iki cəbhəçi həbs olundu

Xəbərin çap versiyası
Tarix: 31-10-2019, 23:46
Fuad Qəhrəmanlı və daha iki cəbhəçi həbs olundu


Son 20 gündə həbs olunan cəbhəçilərin sayı 33 nəfərə çatıb.

Oktyabrın 31-də daha üç nəfər AXCP funksioneri həbs olunub.

CİVİLAZERBAİJAN.COM xəbər verir ki, bu barədə partiyadan bildirilib.

Məlumata görə, Fuad Qəhrəmanlı və Aydın İsalının hər birinə 10 sutka inzibati həbs cəzası verilib. Onların haqqında qərarı Nərimanov Rayon Məhkəməsi çıxarıb.

Cavid İbrahimov isə Suraxanı Rayon Məhkəməsinin qərarıyla 30 sutka inzibati həbsə göndərilib.

“Beləliklə, son 20 gündə həbs olunan cəbhəçilərin sayı 33 nəfərə çatıb. Onların bir qisminin cəzası başa çatıb və azadlığa çıxıb”, - deyə AXCP-dən bildirilib.

Həbs olunan cəbhəçilərə qarşı əsasən, xırda xuliqanlıq, polisin qanuni tələbinə tabe olmama kimi ittihamlar irəli sürülüb.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz