Ramiz Mehdiyevin yerinə TƏYİNAT

Xəbərin çap versiyası
Tarix: 1-11-2019, 14:14
Ramiz Mehdiyevin yerinə


Samir Nuriyev Azərbaycan Prezidentinin Administrasiyasının rəhbəri təyin edilib.

CİVİLAZERBAİJAN.COM
bildirir ki, bununla bağlı bu gün, noyabrın 1-də dövlət başçısı İlham Əliyev sərəncam verib.

Prezidentin başqa bir sərəncamı ilə S. Nuriyev Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri vəzifəsindən azad edilib.

Buna qədər Prezident Administrasiyasına rəhbərliyi Ramiz Mehdiyev edirdi. Prezident İ. Əliyev onu bu vəzifədən oktyabrın 23-də çıxartmışdı. Daha sonra R. Mehdiyev Azərbaycan Milli Elmlər Akademiyasına (AMEA) prezident seçildi.

Ramiz Mehdiyevin yerinə

Samir Nuriyev

O, 1996-cı ildə Azərbaycan Texniki Universitetini bitirib.

2003-2005-ci illərdə təhsilini ABŞ-ın Dyuk Universitetində davam etdirərək Beynəlxalq İnkişaf Siyasəti üzrə magistr dərəcəsini əldə edib.

O, Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən öncə Prezident yanında Mənzil İnşaat Dövlət Agentliyinə rəhbərlik edib.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz