"Rejimi dayandıracaq yeganə amil Qərbin sanksiyalarıdır" - CƏMİL HƏSƏNLİ
Tarix: 2-11-2019, 01:39
Noyabrın 1-də Azərbaycanın bir qrup fəal, hüquq müdafiəçisi və yüksək vəzifəli müxalifət lideri ABŞ administrasiyasına müraciət edərək Azərbaycanda insan hüquqlarının kobud şəkildə pozulmasına qarşı çıxış etməyə çağırıblar.
CİVİLAZERBAİJAN.COM bildirir ki, bu barədə Turan informasiya agentliyi məlumat yayıb.
"ABŞ-ın Bakıdakı səfirliyinin oktyabrın 22-də verdiyi bəyanat bizi ruhlandırır. Bəyanatda hökumət polis zorakılığını araşdırmağa və günahkarları məsuliyyətə cəlb etməyə çağırır. Ancaq biz dəqiq şəkildə bildirməliyik ki, bu bəyanat kifayət deyil”, - Amnesty İnternational təşkilatının Avropa və Mərkəzi Asiya departamentinin direktoru Daniel Balson deyib.
Onun bu açıqlaması ötən gün Vaşinqton Milli Mətbuat Klubunda müzakirələr zamanı səslənib. Müzakirələr 19-20 oktyabr tarixlərində Bakıda keçirlmiş siyasi aksiyalar və bundan sonra iştirakçılara qarşı təqib və işgəncələrə həsr olunub.
"Biz ABŞ hökumətinin yüksək vəzifəli məmurlarının Vaşinqtonda və Azərbaycanın yüksək vəzifəli məmurları qarşısında bu məsələni açıq şəkildə necə qaldırdığını eşitməliyik” – o əlavə edib.
"Dövlət Departamentinin müxalifət liderlərinə, AXCP sədri Əli Kərimli və Azərbaycan Demokratik Qüvvələri Milli Şurasının üzvləri Tofiq Yaqublu və İbrahim İbrahimliyə qarşı işgəncələrə susqun reaksiyası təəssüf və hədsiz məyusluq doğurur”, - Demokratik Qüvvələrin Milli Şurasının lideri Cəmil Həsənli bildirib.
Onun sözlərinə görə, bu gün Azərbaycanda gözlənilməz hadisələr baş verir: "Bir tərəfdən xalqın ictimai-siyasi fəallığı gündən-günə artır, digər tərəfdən isə hakim rejiminin total repressiyası son həddə çatıb.
"İşgəncələrdən istifadə hakimiyyətin 19 oktyabr aksiyası iştirakçılarına və müxalifətə qarşı planlaşdırılmış əməliyyatı idi”, - o deyib.
Mitinq zamanı qadınlar, qocalar, yetkinlik yaşına çatmayanlar, hətta əlillər daxil olmaqla, 600-ə yaxın adam saxlanılıb.
Onların bir çoxu oktyabrın 19-da Bakı şəhər polisinin müxtəlif bölmələrində dəhşətli işgəncələrə məruz qalıb. Bəzi tibb müəssisələri polis zorakılığından əziyyət çəkənlərə ilkin tibbi yardım göstərməkdən imtina ediblər.
"Bu gün Azərbaycanda müxalifətçi siyasətçi olmaq çox təhlükəli peşədir. 19 oktyabr mitinqi zamanı AXCP lideri Əli Kərimli ölüm təhlükəsinin bir addımlığında idi” , - C.Həsənli deyib.
"Oktyabrın 29-da ən Milli Şuranın Koordinasiya Mərkəzinin əməkdaşı, ən fəal hüquq müdafiəçisi və işgəncələrə qarşı mübariz Oqtay Gülalıyevi maşın vurub. "Bu, birbaşa onun hüquq-müdafiə fəaliyyəti ilə bağlıdır. Bir neçə il öncə o, saxta ittihamlarla həbs olunmuşdu, sonra oğluna qarşı cinayət işi qaldırıldı, nəhayət indi də onu maşın vurdu. O, polisdə işgəncələr, siyasi məhbusların və istintaq zamanı, cəzaçəkmə yerlərində hərbçilərin ölümü faktlarını ifşa edirdi.
Onu işgəncə barədə məlumatları yaymaqdan imtina etməsə, fəsadları barədə dəfələrlə xəbərdar etmişdilər, lakin o, ölkənin güc strukturlarında işgəncələri ifşa etməyə davam edirdi”.
Amnesty İnternational-dan Daniel Balsonun sözlərinə görə, etirazçılar oktyabrın 19-da korrupsiyaya, vətəndaşların siyasi və mülki hüquqlarının məhdudlaşdırılmasına etirazlarını bildirmək üçün toplaşıblar.
Bundan bir gün sonra, oktyabrın 20-də qadın hüquqlarının müdafiəsi üzrə fəallar ailədə zorakılığa qarşı çıxış etmək üçün Bakıda toplaşıblar.
"Azərbaycan qadınlarının 32% -dən 43% -ə qədəri məişət zorakılığından əziyyət çəkir.
Etirazçılar hakimiyyətdən aksiyaya icazə verilməsini xahiş ediblər, lakin polis bildirib ki, onlar "şəhər sakinlərinin istirahətinə maneçilik törədirlər”.
Qadınların mitinqi də polis tərəfindən amansızcasına yatırılıb.
"Vaşinqtondakı siyasətçilər mülahizə yürütməyi sevdikləri şeyləri müdafiə etməyə yaxşı hazır olmadıqlarını nümayiş etdirirlər. Beləliklə, Ağ Ev bütün dünyada qadınlara qarşı zorakılıq faktları ilə bağlı dəfələrlə narahatlığını ifadə edib.”
"Əgər bu bəyanatların əhəmiyyəti varsa, ABŞ hakimiyyəti ədalət naminə Azərbaycan hökumətinə təzyiq göstərməlidir”, - Balson əlavə edib.
Öz növbəsində C.Həsənli qeyd edib ki, bu gün Azərbaycanın həmişəkindən daha çox demokratik islahatlara ehtiyacı var. Ölkədə söz və mətbuat azadlığı yoxdur, vətəndaş cəmiyyəti institutları sıxışdırılır, siyasi məhbusların böyük bir siyahısı var.
Son 10 ayda hakimiyyət Bakıda və ölkənin digər şəhərlərində mitinq və yürüşlərin keçirilməsini qəti şəkildə qadağan edib. Prezident və parlament seçkiləri zamanı saxtalaşdırma hər dəfə artır.
Mətbuata və TV-yə dövlət nəzarəti, sosial şəbəkələrə nəzarət etmək cəhdləri, jurnalistlərin təqib edilməsi, müxalifət partiyaları fəallarının həbsi və çoxsaylı siyasi məhbuslar Azərbaycanda insan haqlarını şübhə altına alır”,- jurnalist Sevinc Osmanqızı bildirib.
"16 ildir ki, ölkədə totalitar polis rejimi qurulub. Bu, Əliyevin on altı illik hakimiyyətinin kədərli nəticəsidir.
19 oktyabr mitinqi Azərbaycanda yeni era ilə əlamətdar olur – nəhayət, insanlar kütləvi etirazlar küçələrə çıxdır və rejim o qədər qorxub ki, misli görünməmiş işgəncələrə əl atır”, o deyib.
Rejimi dayandıracaq yeganə şey Qərbin sanksiyalarıdır.
"İlham Əliyev özü siyasətçilərə və fəallara qarşı işgəncələrə son qoymalıdır. Bunda günahkar olanlar qlobal Maqnitsky qanununun tətbiqilə sanksiyaların hədəfində olmalıdır.
Qərb Azərbaycan hakimiyyətinə mesaj göndərməlidir ki, hakimiyyətin bu cür sui-istifadə hallarına artıq dözməyəcək”, - deyə C.Həsənli vurğulayıb.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər