ANS bərpa olunur? - AÇIQLAMA
Tarix: 18-12-2019, 13:04
Qapadılan ANS televiziyasının fəaliyyətinin bərpa olunacağı haqqında iddialar ortaya atılıb.
ANS ÇM radiosunun tezliyi 102 FM-ə lisenziya verilməsi üçün elan edilmiş müsabiqə başa çatıb. 102 FM-ə görə rəqabət güclü olduğu üçün bu hadisə bir aydır ölkə gündəmini məşğul edib. Belə bir məqamda isə yeni iddialar ortaya atılır. Əksəriyyət düşünür ki, ANS ÇM radiosunun keçmiş ANS rəhbərliyinə qaytarılacaq və bununla bərabər ANS telekanalı da bərpa olunacaq.
CİVİLAZERBAİJAN.COM bildirir ki, ANS Şirkətlər Qrupu MMC-nin ictimai əlaqələr üzrə baş müşaviri Mais Məmmədov modern.az-a açıqlamasında bu iddiaları təkzib etdi:
“Biz hələlik radionun Çingiz Mustafayevin adında saxlanmasına çalışırıq. Milli Televiziya və Radio Şurası bir fəndə əl atıb. Belə ki, qurum elan etdiyi müsabiqədə 102 FM yerinə 102.1 FM-i satmaq qərarına gəlib. Nəyə görə belə ediblər, Allah bilir. Biz istəyirik, 102 FM-i yenidən bərpa edək. Çünki bu yeganə radiodur ki, Milli Qəhrəmanın adını daşıyır. Məgər bizə Milli Qəhrəman lazım deyil? Belə görünür ki, 102 FM heç zaman işləməyəcək.
ANS televiziyasının yenidən fəaliyyətə bgaşlacağı haqqında iddialar əsassızdır. Hazırda Televiziyanın açılmasından söhbət getmir. Televiziyanı elə günə salıblar ki…”
Qeyd edək ki, Milli Televiziya və Radio Şurasının qəbul etdiyi qərara əsasən "ANS Müstəqil Yayım və Media" Şirkətinin yayımı 18 iyul 2016-cı il tarixində saat 18:30-dan etibarən dayandırılıb. (manevr.az)
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər