Elmar Məmmədyarov Javad Zarif ilə telefonla danışıb

Xəbərin çap versiyası
Tarix: 5-01-2020, 14:39
Elmar Məmmədyarov Javad Zarif ilə telefonla danışıb


Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarov İran İslam Respublikasının Xarici İşlər naziri Javad Zarif ilə telefonla danışıb.

CivilAzerbaijan.com
bildirir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Məlumatda deyilir ki, telefon danışığı zamanı nazirlər bölgədəki son hadisələri və vəziyyətin gərginləşməsini müzakirə ediblər.

“Azərbaycan bütün tərəfləri zorakılıqdan çəkinməyə və regional təhlükəsizliyi möhkəmləndirməyə sadiq qalmağa çağırır. Nazir Məmmədyarov general Qassem Soleimani-nin həlak olması ilə əlaqədar İran İslam Respublikasının rəhbərliyinə və xalqına dərin başsağlığı bildirib”, məlumatda yazılıb. (AzadlıqRadiosu)

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz