MSK-dan Mehman Hüseynovun şikayətilə bağlı QƏRAR

Xəbərin çap versiyası
Tarix: 5-01-2020, 17:44
MSK-dan Mehman Hüseynovun şikayətilə bağlı


Bələdiyyə seçkilərində namizədliyini irəli sürən bloqer Mehman Hüseynov Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün, yanvarın 5-də keçirilən iclasında iştirak edib. Mehman Hüseynovun bildiridiyinə görə, onu iclasa dəvət ediblər.

CivilAzerbaijan.com
xəbər veriri ki, MSK-dan dəvət gəldiyini bildirən bloqerin AzadliqRadiosuna dediyinə görə bu dəvət onun bələdiyyə seçkiləri ilə bağlı etdiyi şikayətlə əlaqədar olub:

“Mən iclasda qısa və konkret çıxış elədim. Bildirdim ki Azərbaycan xalqı sizi də tanıyır, məni də. Əlavə etdim ki, bu iclasa gəlməyə də bilərdim, amma gəldim ki, sizin gözünüzə baxım... ”

M.Hüseynovun sözlərinə görə, MSK qismən də olsa, şikayətini təmin edib:

“İki məntəqədə nəticələr ləğv olundu, həmin məntəqələrdə məntəqə seçki komissiyası buraxıldı. Amma bu qərar məni qane etmir. Bizim tələbimiz odur ki həmin bələdiyəyə seçkilərin yekun nəticələri ləğv olunsun və səslərin sayılması yenidən keçirilsin. Mən MSK-nin iclasında bildirdim ki, bir, iki məntəqənin nəticələrinin ləğv olunması, həmin məntəqələrin sədrlərinin cəzalandırılması mənə lazım deyil. Mən bu işin sonuna çıxacam”.

Mehman Hüseynovun bu açıqlamasına, hələlik, MSK-dan və onun qalib elan edilən rəqiblərindən münasibət almaq mümkün olmayıb.

Beləliklə, iki məntəqədə səsvermənin nəticələrinin ləğv edilməsi Mehman Hüseynovun iddiaçı olduğu Qaraçuxur bələdiyyəsinə seçkilərin nəticələrini dəyişməyib.

M. Hüseynov bundan əvvəl bildirmişdi ki, bələdiyyə seçkiləri ilə bağlı onun şikayətinə 31 saylı Suraxanı ikinci Dairə Seçki Komissiyası (DSK) cavab verib.Şikayətində bir çox qanun pozuntularından bəhs edən bloqerin vurğulamasına görə, DSK-nın cavabında isə onun qeyd etdiyi pozuntuların təsdiqini tapmadığı iddia edilmişdi.

Mehman Hüseynov bu cavabla razılaşmadığını, prokurorluğa müraciət edəcyini açıqlamışdı.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz