Elmar Vəliyevlə müsahibə: "Yunus kimdir? Nə olub ki?"

Xəbərin çap versiyası
Tarix: 6-01-2020, 11:50
Elmar Vəliyevlə müsahibə: "Yunus kimdir? Nə olub ki?"


2018-ci ildə sui-qəsdə məruz qalan Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevlə bağlı məhkəmə prosesi başlayır.

CivilAzerbaijan.com
bildirir ki, prosesdə iş üzrə təqsirləndirilən Yunus Səfərov və daha 12 nəfərin ittiham aktına baxılacaq.

Bu olayla bağlı hələ bir neçə ay əvvəl gununsesi.org istintaqın Elmar Vəliyevi dindirmədiyini yazmışdı. Buna səbəb isə sabiq icra başçısının səhhətinin yaxşı olmaması göstərilib. Onu da qeyd edək ki, ötən 1 ildən artıq zaman müddətində Elmar Vəliyevin səhhəti ilə bağlı bir-birinə zidd fikirlər yayılıb. Məhkəmə öncəsi saytın əməkdaşı Elmar Vəliyevlə danışa bilib.

Sabiq icra başçısı ilə telefon söhbətini olduğu kimi təqdim edirik:

- Salam Elmar müəlim.

- Kimdir?

- "Günün Səsi” xəbər portalından sizi narahat edirik. Soruşmaq istədiyimiz bir neçə məsələ var. Birinci bilmək istərdik, səhhətiniz necədir?

- Yaxşıyam. Nə olub ki?

- Yəqin ki, xəbəriniz var, Yunus Səfərov məhkəmə qarşısına çıxarılır…

- Yunus kimdir?

- Sizə sui-qəsd cinayətini törədən şəxs…

- Hə, nə istəyirsən?

- Bilmək istərdik ki, məhkəməyə gedəcəksinizmi?

- Nə məhkəmə e, sən kimsən?

- Dedim axı, jurnalistəm...

Sonuncu replikadan əsəbiləşən Elmar Vəliyevin rabitəsiz və qarışıq səslərindən sonra danışıq kəsilib.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz