Dörd beynəlxalq təşkilat Xədicə İsmayılovanın ölkədən çıxışına qadağanın götürülməsini istəyir

Xəbərin çap versiyası
Tarix: 16-01-2020, 12:17
Dörd beynəlxalq təşkilat Xədicə İsmayılovanın ölkədən çıxışına qadağanın götürülməsini istəyir


Azərbaycan hakimiyyəti beynəlxalq mükafatlara layiq görülmüş araşdırmaçı jurnalist Xədicə İsmayılovanın səfərinə qadağanı ləğv etməlidir.

CivilAzerbaijan.com
bildirir ki, bu barədə yanvarın 15-də dörd beynəlxalq hüquq-müdafiə təşkilatının yaydığı birgə bəyanatda deyilir.

Xədicə İsmayılova 2014-cü ilin dekabrında saxlanılıb və 2015-ci ilin sentyabrında yeddi il yarım müddətinə azadlıqdan məhrum edilib. 2016-cı ilin mayında şərti olaraq azadlığa buraxılıb, lakin onun ölkədən çıxışına qadağa hələ də davam edir.

Vəkillər onun rumıniyalı jurnalist Pol Radunun - OCCRP (Mütəşəkkil Cinayətlər və Korrupsiya Hesabatı Layihəsi) istintaq qrupunun həmtəsisçisi və icraçı direktorunun məhkəməsində ifadə vermək üçün Böyük Briyaniyaya səfərinə icazə verilməsini istəyir.

Azərbaycan parlamentinin deputatı Cavanşir Feyziyev OCCRP-in iki məqaləsinə - Azərbaycandan pulların yuyulmasına dair “Azərbaycan pulyuyan maşını” layihəsi çərçivəsində yazılan məqalələrinə görə Londonda Radunaya qarşı böhtanla bağlı iddia irəli sürüb.

OCCRP-in Azərbaycandakı aparıcı reportyoru Xədicə İsmayılova bu iş üzrə əsas şahiddir.

"Azərbaycan Xədicə İsmayılovanı cəzalandırmaq və onun reportajlarının yayılmasının qarşısını almaq üçün səyahət etməsini əngəlləyir?” “Senzura indeksi” təşkilatının icraçı direktoru Jodi Qinsberq bildirib.

2017-ci ildə Xədicə İsmayılovanın Azərbaycandakı reportajına görə layiq görüldüyü alternativ Nobel mükafatını – “Düzgün həyat tərzi” mükafatını almaq üçün ölkədən çıxışına qadağa qoyulub.

“Bu qadağa Xədicə İsmayılovanın cəsarətli jurnalist araşdırmalarına görə Azərbaycan hakimiyyəti tərəfindən çoxdan təqib edilməsinə bir çox nümunələrdən biridir və o, hazırda Azərbaycanda təzyiqlərə məruz qalan onlarla jurnalist və fəaldan biridir. Qadağa dərhal ləğv edilməli, ona bəraət verilməli və digər araşdırmaçı- jurnalistə qarşı iş üzrə ifadə vermək üçün ölkədən çıxışına icazə verilməlidir,” Sərhədsiz Reportyorlar təşkilatrının Brtitaniya bürosunun direktoru Rebekka Vinsent bildirib.

Pol Radunun işi üzrə məhkəmə yanvarın 20-də başlayacaq.

“Xədicə İsmayılovanın və onun həmkarlarının məlumatları sayəsində azərbaycanlılardan oğurlanan pulların Londonda dəbdəbəli daşınmaz əmlaka necə çevrilməsindən xəbər tuturuq,” Böyük Britaniya Transparency International təşkilatının icraçı direktoru Deniel Bryus deyib.

“Ona ifadə verməyi qadağan etmək həqiqəti üzə çıxarmağa cəsarət edənləri qorxutmaq və susdurmağa açıq cəhddir. Böyük Britaniya hökuməti söz azadlığının və qanunun aliliyinin müdafiəçisi kimi böhtanla bağlı bu vacib məsələdə onun sübutlar təqdim etməsi üçün Böyük Britaniyaya sərbəst şəkildə gəlməsinə şərait yaradılmasına çağırmalıdır,” sənəddə qeyd edilir.

Bakının Binəqədi Rayon Məhkəməsi hakim Vüqar Məmmədovun sədrliyi ilə araşdırmaçı jurnalist Xədicə İsmayılovanın ölkədən çıxışına qadağanın müvəqqəti götürülməsi ilə bağlı müraciətinə baxışı yanvarın 16-da davam etdirəcək.

Jurnalist hakimin diqqətinə çatdırıb ki, Milli Məclisin deputatı Cavanşir Feyziyev Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyaya Qarşı Jurnalistika Layihəsi (Organized Crime and Corruption Reporting Project – OCCRP) “Azərbaycanın pulyuyan maşını” çərçivəsində araşdırmaları ilə bağlı London Məhkəməsinə şikayət edib. Xədicə İsmayılova həmin məhkəmədə şahid qismində ifadə vermək üçün dəvət edilib.

Bu səbəbdən araşdırmaçı jurnalist məhkəmədən ölkədən çıxışına müvəqqəti icazə verilməsi barədə qərar qəbul etməsini xahiş edib.

“Cavanşir Feyziyev Azərbaycan vətəndaşıdır və Milli Məclisin deputatıdır. Amma o, Azərbaycan məhkəmələrinə deyil, London məhkəməsinə müraciət edib. Mənə göndərilən məhkəmə sənədlərində göstərilir ki, Feyziyev Londonda məhkəməyə müraciət etməsini özünün və ailə üzvlərinin orada yaşaması ilə əsaslandırıb. Elə isə o, deputatlıq səlahiyyətlərini necə həyata keçirir?” jurnalist sual edib. (AmerikanınSəsi)

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz