Ümumdünya korrupsiya indeksi: AZƏRBAYCAN NEÇƏNCİDİR?

Xəbərin çap versiyası
Tarix: 23-01-2020, 22:28
Ümumdünya korrupsiya indeksi:


Transparency International beynəlxalq qeyri-hökumət təşkilatı dünyanın 180 ölkəsində korrupsiyanın səviyyəsini təhlil edən illik araşdırmasını dərc edib.

CivilAzerbaijan.com
bildirir ki, 2019-cu ildə liderlər qrupunda əvvəlkitək Yeni Zelandiya və Danimarka hər biri 87 balla birinci yerdədir, onların ardınca 86 balla Finlandiya gəlir. Onlar korrupsiyalaşmayan ölkələr kimi tanınırlar.

MDB ölkələri arasında Ermənistan 42 balla 77-ci, Gürcüstan isə 56 balla 44-cü yeri tutub.

Azərbaycan 2018-ci illə müqayisədə göstəricilərini yaxşılaşdırsa da 25 balla 126-cı yerdədir.

Reytinqin sonunda Suriya (13 bal), Cənubi Sudan (12 bal) və Somali (9 bal) yer alıb.

Xatırladaq ki, Azərbaycan 2018-ci ilin korrupsiya indeksində 180 ölkə arasında 152-ci yerdə qərarlaşmışdı.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz