AŞPA-da siyasi məhbuslarla bağlı müzakirənin vaxtı dəyişdirilib - SƏBƏB
Tarix: 28-01-2020, 22:15
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyasında «Azərbaycanda siyasi məhbuslarla bağlı məlumatlar haqqında iş» üzrə müzakirələr yanvarın 29-dan 30-na keçirilib. Qurum bunun texniki məsələ olduğunu bildirir.
CivilAzerbaijan.com-un məlumatına görə, Torhild Sunna Evarsdottirin tərtib etdiyi məruzədə Azərbaycanda «sistemli xarakter» daşıyan siyasi məhbus problemi ilə bağlı ciddi narahatlıq ifadə olunub.
Sənəddə qeyd edilib ki, hələ 2001-ci ildə Azərbaycan Avropa Şurasına daxil olarkən qurum rəsmi Bakını siyasi məhbusları azad etməyə və ya onların işlərinə məhkəmə qaydasında yenidən baxmağa çağırıb. Amma məruzəçi vurğulayıb ki, məsələ həllini tapmayıb.
Azərbaycanın yerli hüquq müdafiəçilərinin siyasi məhbuslarla bağlı vahid siyahısı yoxdur. Rəsmilər isə bu vaxta qədər ölkədə siyasi məhbusların olması fikrini qəbul etməyiblər. Onlar deyiblər ki, siyasi məhbus sayılan şəxslər məhz törətdikləri əmələ görə məsuliyyətə alınıblar. (AzadlıqRadiosu)
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər