Mirzə Xəzər vəfat etdi

Xəbərin çap versiyası
Tarix: 3-02-2020, 01:02
Mirzə Xəzər vəfat etdi


AzadlıqRadiosu Azərbaycan xidmətinin keçmiş rəhbəri Mirzə Xəzər vəfat edib.

CivilAzerbaijan.com
bildirir ki, bu barədə jurnalist, Mirzə Xəzərdən sonra AzadlıqRadiosunun Azərbaycan xidmətinə bir müddət rəhbərlik etmiş Kənan Kazımoğlu özünün Facebook səhifəsində məlumat paylaşıb.

"Almaniyadan kədərli xəbər gəldi. Yanvarın 31-də Azadlıq Radiosunun əfsanəvi səsi Mirzə Xəzər vəfat edib. Allah rəhmət eləsin!" Kazımoğlu yazıb. Jurnalistə bu barədə mərhumun ailəsindən məlumat verilib.

Mirzə Xəzər Almaniyanın Münhen şəhərində yaşayırdı.

O, sonuncu dəfə yanvarın 12-də tvitterdə onu axtaran bir nəfərə- tvitteri nəzərdə tutaraq "Burdayam" yazıb. Mirzə Xəzər Almaniyanın Münhen şəhərində (AzadlıqRadiosu üzun müddət Almaniyanın Münhen şəhərində fəaliyyət göstərib) AzadlıqRadiosuna 20 yanvar 1990-cı il hadisələri zamanı radioda hansı məlumatların getməsindən, Bakıdan kiminlə əlaqə saxlamasında danışır.

Mirzə Xəzər ( Mikayıl) 1947-ci ildə Göyçay rayonunda doğulub.

O,1973-cü ildə Azərbaycan Dövlət Unversitetinin hüquq fakultəsini bitirib. 1974-cü ilin əvvəllərinə kimi Sumqayıtda vəkil işləyib. Həmin il SSRİ-ni tərk edib.

1975-ci ildə İsraildə Tel-Əviv Unversitetində kursda olub. 1975-1976-cı illərdə İsrail ordusunda xidmət edib.

1976- 1985-ci illərdə Azadlıq Radiosunun Azərbaycan xidmətində çalışıb. Sonra Birləşmiş Ştatlara köçüb.

1985-1987-ci illərdə Amerikanın Səsi radiosunda çalışıb. Amma təkrar Azadlıq Radiosuna qayıdıb.

1987-2003-cü illərdə Azadlıq Radiosunun Azarbaycan xidmətinə rəhbərlik edib.

O, İncili, “Əli və Nino” romanını Azərbaycan dilinə tərcümə etmişdi.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz