Böyük Britaniyadan Azərbaycandakı seçkilərlə bağlı AÇIQLAMA

Xəbərin çap versiyası
Tarix: 13-02-2020, 13:43
Böyük Britaniyadan Azərbaycandakı seçkilərlə bağlı


Birləşmiş Krallıq Azərbaycanda keçirilən parlament seçkilərinin beynəlxalq demokratik standartlara cavab verməməsindən narahatdır. Bu barədə Birləşmiş Krallığın Xarici siyasət ofisinin bəyanatında deyilir.

CivilAzerbaijan.com
bildirir ki, bəyanatda ATƏT DTİHB və Avropa Şurası Parlament Assambleyasının məlumatına istinad edilir.

"Bizi ATƏT-in seçki mühitinin həddindən artıq məhdudlaşdırılması və həqiqi rəqabətin təmin edilməməsi, səsvermə günündə səslərin sayılması zamanı qeydə alınan prosedur pozuntularının son nəticələrə şübhə yaratmağa əsas verməsi barədə yayılan məlumatlar narahat edir", deyə bəyanatda bildirilir.

Bununla belə, Mərkəzi Seçki Komissiyasının şəffaf fəaliyyət göstərməyə yönələn səylər qeyd edilir.

Böyük Britaniya Azərbaycanı sərbəst toplaşmaq və dinc etiraz hüququna hörmət etməyə çağırır.

"Böyük Britaniya ilə Azərbaycan arasında güclü tərəfdaşlıq var və biz seçki islahatları və demokratik prosesin yaxşılaşdırılması ilə bağlı Azərbaycan hakimiyyətinə dəstək verməyə hazırıq", deyə bəyanatda qeyd edilir. (Turan)

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz