MSK dörd seçki dairəsində seçkinin nəticələrini LƏĞV EDİB

Xəbərin çap versiyası
Tarix: 13-02-2020, 21:08
MSK dörd seçki dairəsində seçkinin nəticələrini


Mərkəzi Seçki Komissiyası fevralın 13-də keçirlən iclasında Milli Məclisə seçkilər üzrə 80 saylı İmişli-Beyləqan, 35 saylı Xətai Üçüncü, 74 saylı Lənkəran Kənd, 33 saylı Xətai Birinci seçki dairələrində seçkilərin nəticələrinin etibarsız hesab edilməsi barədə qərar qəbul edib.

CivilAzerbaijan.com
bildirir ki, seçkinin ilkin nəticələrinə görə, 80 saylı İmişli-Beyləqan seçki dairəsində paralmentin hazırda deputatı olan Çingiz Qənizadə 45.4 faiz, 35 saylı Xətai Üçüncü seçki dairəsində Yeni Müsavat qəzetinin baş redaktoru Rauf Arifoğli 49, 2 faiz, 74 saylı Lənkəran Kənd seçki dairəsində Milli Məclisin Sosial Məsələlər komitəsinin sədri, son bir neçə çağırış deputat olan Hadı Rəcəbli 53,1 faiz, 33 saylı Xətai birinci seçki dairəsində Milli Məclisin deputatı Hüseynbala Mirələmov 47,1 faiz səs çoxluğu ilə liderlik edirdi.

MSK üzvləri bildirib ki, hər dörd seçki dairəsində qanun pozuntuları olub və səsvermənin nəticələri seçicilərin iradəsini əks etdirməyib.

Mərkəzi Seçki Komissiyası aşağıdakı 13 seçki dairəsi üzrə müraciətləri baxılması üçün müvafiq dairə seçki komissiyalarına göndərilməsi barədə də qərar qəbul edib.

Belə ki, qərara əsasən, 10 saylı Binəqədi Üçüncü (lider Madər Musayev), 15 saylı Yasamal Birinci (lider Ülvi Quliyev), 28 saylı Sabunçu Üçüncü (lider Eldar Quliyev), 45 saylı Abşeron (lider Oqtay Əsədov), 50 saylı Abşeron-Qobustan (lider Şahin Seyidzadə), 60 saylı Salyan-Neftçala (lider Fəzail Ağamalı), 67 saylı Cəlilabad Şəhər (lider Malik Həsənov) 79 saylı İmişli (lider Razi Nurullayev), 90 saylı Ağdaş (lider Cavid Osmanov), 92 saylı Zərdab- Ucar (lider Jalə Əliyeva), 109 saylı Balakən (lider Nəsib Məhəmməliyev), 124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd (lider Elman Məmmədov) və 125 saylı Zəngilan-Qubadlı (lider İmamverdi İsmayılov) Seçki dairələri üzrə müraciətlər prosedura uyğun olaraq müvafiq dairə seçki komissiyalarına göndərilib. (AmerikanınSəsi)

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz