AXCP sədrinin müşaviri Məmməd İbrahim həbs edilib
Tarix: 27-02-2020, 16:38
Xətai rayon məhkəməsi cümə axşamı Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müşaviri i Məmməd İbrahimi 10 gün müddətinə həbs edib.
CivilAzerbaijan.com bildirir ki, bu barədə AXCP-dən məlumat verilib.
Məmməd İbrahim İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (polisin qanuni tələblərinə tabe olmama) maddəsi ilə təqsirli bilinib.
AXCP onun həbsini siyasi sifariş kimi qiymətləndirib.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər