Pənah Hüseyn Prezident Administrasiyasında olub

Xəbərin çap versiyası
Tarix: 27-02-2020, 20:09
Pənah Hüseyn Prezident Administrasiyasında olub


Azərbaycan Xalq Partiyasının (AXP) sədri Pənah Hüseyn bu gün, fevralın 27-də Prezident Administrasiyasının Siyasi partiyalar və qanunverici hakimiyyətlə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevlə görüşüb.

CivilAzerbaijan.com bildirir ki, bu barədə Pənah Hüseyn özü məlumat verib.

O qeyd edib ki, görüşdə bir neçə məsələ müzakirə olunub: "Digər bir neçə siyasi partiya ilə birgə siyasi partiyalarla dövlət münasibətləri, ofis və sair məsələlərlə əlaqədar əvvəllər etdiyimiz müraciətlə bağlı müzakirələr apardıq".

Pənah Hüseyn bu görüş və həmin müraciətlə bağlı detallı danışmaq istəməyib.

AXP müxalifət partiyasıdır. 1995-ci ildə yaradılıb. (AzadlıqRadiosu)

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz