Mübariz Mənsimov Türkiyədə həbs olundu

Xəbərin çap versiyası
Tarix: 15-03-2020, 14:04
Mübariz Mənsimov Türkiyədə həbs olundu


"Palmali Holdinq"in sahibi, "Xəzər Lənkəran"ın fəxri prezidenti Mübariz Mənsimov Türkiyədə həbs olunub.

CivilAzerbaijan.com
bildirir ki, bu barədə Türkiyənin "Sabah" qəzeti məlumat yayıb.

M.Mənsimovun köməkçisi Fidan Quliyeva xəbəri təsdiqləyib. O, bildirib ki, hazırda iş adamının İstanbuldakı ofisində polis axtarış aparır.

Türkiyə mətbuatının xəbərinə görə, onu Fetullah Gülenlə bağlı aparılan istintaq çərçivəsində saxlayıblar.

Hələ ötən ay Mübariz Məsimov barəsində araşdırma aparıldığı bildirilirdi. Həmin vaxt Mübariz Mənsimov sosial şəbəkələrdəki hesabında bu barədə yazıb: “Məni terrorla, FETO terror qruplaşması ilə əlaqədə və casusluqda yalandan ittiham edərək üzərimə suç atmaq istəyirlər. Sizin etdiyiniz bu şərəfsizliyi düşmən belə etməzdi. Bu, məni dərindən yaraladı. Mənə FETO-çu deməkdənsə, özünüzə, keçmişimizə və uşaqlarınızın harada təhsil aldığına baxın”.

İş adamının Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevlə münasibətlərinin kəskinləşdiyi deyilirdi. Həbsin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfərindən sonra baş tutması bu barədə Azərbaycan rəhbərliyi ilə razılaşdırma ehtimalını artırıb.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz