AXCP fəalı barədə yeni cinayət işi açılıb

Xəbərin çap versiyası
Tarix: 24-03-2020, 15:12
AXCP fəalı barədə yeni cinayət işi açılıb


Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Əlizamin (Zamin) Salayevə qarşı Cinayət Məclləsinin 128-ci maddəsi ilə (Qəsdən sağlamlığa yüngül zərər vurma) cinayət işi açılıb. Cinayət işinin istintaqını Salyan rayon Polis Şöbəsi aparır.

CivilAzerbaijan.com
xəbər verir ki, bu barədə Əlizamin Salayevin özü Amerikanın Səsinə bildirib.

AXCP fəalı 2019-2020-ci illərdə eyni ittihamla, İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə (Polisin qanuni tələbinə tabe olmamaq) 7 dəfə 15 sutkafan 30 sutkayadək müddətə inzibati həbsə məruz qalıb.

Salayev 2020-ci il yanvarın 13-də Bakının Səbail rayon Məhkəməsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 535-ci maddəsi ilə yeindiən təqsirli bilinərək inzibati qaydada 30 sutka həbsə məhkum edilib.

O məhkəmədə bildirib ki, həbsi Salyan rayonunun polisi barədə çəkdiyi video ilə bağlıdır.

Belə ki, Əlizamin Salayev Salyan rayon Polis Şöbəsinin təhqiqat bölməsinin rəisi Həmzə Əzizovun 21 yaşlı gənc qızı zorladığını iddia edib.

Məhkəmədə Salayev bildirib ki, həbsi zamanı polis bölməsində ağır işgəncələrə məruz qalıb, elektrik cərəyanına verilib. İşgəncə zamanı çoxsaylı xəsarətlər alıb.

Öz növbəsində, Daxili İşlər Nazirliynin mətbuat xidməti Salayevin işgəncələrlə bağlı dediklərini təkizb edib.

Əlizamin Salayev 30 sutkalıq inzibati həbs müddəti başa çatandan sonra fevralın 24-də cərrahiyyə əməiyyatına məruz qalıb.

“Cərahiyyə əməliyyatından sonra evimdə müalicəmi davam etdirdiyim zaman (martın 1-də xəstəxanadan evə buraxılıb), martın 2-də keçmiş qonşum Coşqun Nuriyev mənə baş çəkmək adı ilə evimə gəldi. O alkoqollu içki qəbul etmişdi. Nuriyev birdən başını həyət qapısına çırparaq özünə xəsarət yetirdi. Bu zaman çağırılmamış evimə gələn keşmiş qonşumun məqsdini başa düşdüm. Sonradan öyrəndim ki, Coşqun Nuriyev `guya mən ona xəsarət yetirmişəm` deyə polisə şikayət edib. Hansı ki, o evimə gələndə mən xəstə halda yataqda idim. İndi barəmdə Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət işi açıblar. Bundan öncə isə barəsində video yaydığım Salyan rayon Polis Şöbəsinin təhqiqat bölməsinin rəisi Həmzə Əzizov Salyan rayon Məhkəməsində Cinayət Məcəlləsinin 147 (böhtan) və 148-ci (təhqir) maddələri ilə barəmdə həbs tələbi ilə iddia qaldırıb. Martın 29-da məhkəmənin hazırlıq iclası olacaq,” AXCP fəalı qeyd edib.

Bununla yanaşı, rəsmi qurumlar Əlizamin Salayev barədə qaldırılan cinayət işi ilə bağlı hələ şərh verməyib.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz