Azərbaycanda karantin nə vaxt ləğv ediləcək?

Xəbərin çap versiyası
Tarix: 13-04-2020, 14:30
Azərbaycanda karantin nə vaxt ləğv ediləcək?


Çexiya, Avstriya, Danimarka və Norveç koronavirusun yayılmasının qarşısının alınması məqsədilə hakimiyyətin tətbiq etdiyi təcrid rejimini zəiflədib, bu barədə CNN xəbər verir. Çexiya sakinləri artıq məhsul ala, tennis oynaya və üzə bilirlər. Avstriya Pasxadan sonra kiçik mağazaları açmağı planlaşdırır. Danimarkada gələn həftədən etibarən uşaq bağçaları və məktəblər açılacaq, Norveçdə uşaqlar bir həftə sonra uşaq bağçalarına gedəcəklər. Britaniyada hakimiyyət sağlamlığın möhkəmləndirilməsi üçün yürüşlərə icazə vermək niyyətindədir.

CivilAzerbaijan.com
Turana istinadla bildirir ki, ötən həftənin sonlarında baş nazir Nikol Paşinyan Ermənistan parlamentində karantin şərtlərinin tezliklə yüngülləşdiriləcəyini deyib, bu zaman o, Ermənistanda FH rejiminin uzadılmasının qaçılmaz olduğuna diqqət çəkib.

"Bazar ertəsi və ya çərşənbə axşamı Nazirlər Kabineti qərar qəbul edəcək, bundan sonra parlamentin xüsusi iclası keçiriləcək. İclasda FH məsələsi müzakirə olunacaq. Bizim fikrimiz belədir - infeksiyanın yayılmasının qarşısını almaq üçün FH rejimini uzatmaq lazımdır. Hazırda bizdə sayın nisbətən az olması və yeni fəaliyyət imkanları yaratmağımız hələ vəziyyətin yaxşılaşması demək deyil. Yox, epidemioloji cəhətdən bizdə vəziyyət sabitləşib, amma yaxşılaşmayıb. İstənilən an xəstəlik yenidən partlaya bilər, bu da bizim üçün daha çox çətinlik yaradar". Paşinyan bazar ertəsindən etibarən bir sıra sahələrin və müəssisələrin fəaliyyətinə icazə veriləcəyini də elan edib.

Bazar günü Azərbaycanda ilk dəfə olaraq bir gün ərzində koronavirusdan sağalanların sayı (40 nəfər) xəstəliyə yeni yoluxanların sayından (50 nəfər) az olub. Ötən günlərdə xəstəliyə yoluxanların sayını göstərən əyri 104-105 nfərədən 65-67 nəfərə düşüb. Azərbaycanda epidemiyanın zəifləməsi təmayülü və əhalinin hökumətin məhdudlaşdırıcı karantin tədbirlərindən narazılığının artması, aprelin 10-da Ağcabədi rayonunun Əşrəf kəndində kütləvi etirazlar (15 iştirakçı həbs edilib) hökumətdə karantinin ləğvi tarixinin müzakirələrinə səbəb ola bilər.

Bunu nə vaxt və necə etmək doğru olar?

Çində martın 21-nə qədər ardıcıl olaraq 3 gün ölkə daxilində COVİD-19-a bir yoluxma halı belə qeydə alınmayıb. Yeni xəstələr xaricdən gəlib. Martın 26-da ölkə əcnəbilər üçün sərhədlərini bağladığını elan edib. Martın 28-dən Uhanda metro işini qismən bərpa edib, digər nəqliyyat vasitələri və müəssisələrin əksəriyyəti işləməyə başlayıb. Aprelin 8-dən isə Uhanın digər yaşayış məntəqələri ilə əlaqəsinə qoyulmuş qadağa tamamilə ləğv edilib.

Britaniyada yoluxma sürəti 70%-dən çox azaldılıb. BBC-də dərc edilmiş məqalədə London Gigiyena və Tropik Tibb Məktəbindən Adam Kuçarskidən sitat gətirilir: "Mahiyyətcə, bizdə bir neçə çox da yaxşı olmayan variant var. Bir gündə hər şey dəyişməyəcək, amma bəzi yerlər açılmağa başlayacaq", deyə həkim BBC-yə bildirib. Britaniyada, ilkin qiymətləndirmələrə görə, əhalinin cəmi 4%-i xəstəliyə yoluxub (və bəlkə də, immunitet qazanıb). 63 milyondan çox insan hələ də zəifdir. Sadəcə olaraq karantin ləğv edilsə mütləq yeni yoluxma dalğası başlayacaq. Virusun yayılması dinamikası da dəyişməyəcək - xəstəliyə yoluxmuş bir şəxs karantin olmasa orta hesabla 3-4 nəfəri yoluxduracaq", Kuçarski belə hesab edir.

Azərbaycanlı ekspertlər Turan-la müsahibələrində ölkədə aşkar edilməmiş daşıyıcıların orqanizmində yaşadığı ehtimal olunan virusa sağlam insanları yoluxdurmamaq üçün karantinin ləğvinə tələsməməyi məsləhət görürlər. Həkimləri Təkmilləşdirmə İnstitutunun həkimi Mehriban Əliyevanın sözlərinə görə, pandemiyadan çıxış qaydalarına əsasən, 28 günlük gündə sıfır yoluxma dövrünü gözləmək tələb olunur. Terapevt Naidə Ağasiyeva sabit uğurlu göstəricidən sonra ən az 10 gün gözləməyi məsləhət görür.

Deməli, bu həftə ölkəmizdə gündəlik yoluxma göstəricisi sabit şəkildə sıfıra qədər azalarsa, ən yaxşı halda mayın ilk günlərində karantinin tam ləğvini gözləmək olar.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz