Azercelldən Əli Kərimlinin mobil telefonunun və İnternetinin bloklanmasıyla bağlı AÇIQLAMA

Xəbərin çap versiyası
Tarix: 24-04-2020, 14:33
Azercelldən Əli Kərimlinin mobil telefonunun və İnternetinin bloklanmasıyla bağlı


Provayder "Azercell Telekom" bildirir ki, AXCP sədri Əli Kərimlinin mobil telefonunun və İnternetinin bloklanmasına bağlılığı yoxdur. "Azercell Telekom" MMC öz fəaliyyətində telekommunikasiya haqqında qüvvədə olan qanunvericiliyi rəhbər tutmaqla, bütün müştəriləri ilə bərabər davranır və onların arasında siyasi baxışlarına görə fərq qoymur.

CivilAzerbaijan.com
bildirir ki, bu barədə "Azercell Telekom" MMC-nin mətbuat xidmətinin şirkətin abunəçisi Əli Kərimlinin mobil mobil telefonunun və İnternetinin kəsilməsinin səbəbləri ilə bağlı Turan-ın sorğusuna cavabında deyilir.

Qeyd olunur ki, şirkət müştəri məlumatlarının məxfiliyinə xüsusi diqqət yetirir və hər hansı abunəçinin istifadəsində olan nömrə ilə bağlı istənilən məlumat, qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla, üçüncü şəxslərə təqdim oluna bilməz. Əgər abunəçinin borcu yoxdursa və ya limiti keçməyibsə və ya abunəçi özü bunu xahiş etməyibsə “Azercell Telekom” nömrənin bağlanması, xidmət göstərilməsinə məhdudiyyət qoyulması, o cümlədən İnternet xidmətinin məhdudlaşdırılmasını tətbiq etmir.

“Nəzərə almaq lazımdır ki, koronavirus infeksiyasının yayılması ilə əlaqədar elan olunan karantin günlərində mobil İnternet trafikinin yüklənməsi xeyli artıb. Bu da mobil telefon nömrəsinin istifadə edildiyi ərazidən, istifadə olunan cihazın müxtəlif texnologiyaları dəstəkləməsindən, konkret əhatə dairəsində həmin an üçün mövcud olan istifadəçilərin sayından və digər texniki nüanslardan asılı olaraq, məlumat mübadiləsində gecikmələrə və keyfiyyət göstəricilərində dəyişikliklərə səbəb ola bilər.

WhatsApp və Telegram və sosial şəbəkələrə gəlincə, bu proqramların və onlardakı istifadəçi hesablarının idarə edilməsinin “Azercell Telekom” MMC-yə heç bir aidiyyatı yoxdur. Qeyd olunan sistemlərə nəzarət və onların işinin həm ümumi olaraq, həm də ayrı-ayrı istifadəçilər üçün tənzimlənməsi mobil operatorların texniki imkanları və səlahiyyətləri xaricindədir.

Proqramlardan və sosial şəbəkələrdən istifadə ilə bağlı təhlükəsizlik tədbirləri müvafiq istifadə qaydalarına və şərtlərinə, habelə proqramın və proqram istifadə edilən mobil cihazın sazlama şərtlərinə uyğun olaraq "Azercell Telekom" tərəfindən deyil, müvafiq proqramın inzibatçıları və istifadəçiləri tərəfindən təmin edilir.

Beləliklə, provayder abunəçilərindən birinin bloklanmasının səbəbini bilmir və bunu araşdırmaqda maraqlı deyil. Xatırladaq ki, artıq 10 gündür ki, Əli Kərimlinin mənzilində rabitə əlaqəsi kəsilib.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz