DTX-nın İmişlidə xüsusi əməliyyatı və 6 rayonda məmurların həbsi
Tarix: 5-05-2020, 14:38
Mayın 5-də Dövlət Təhlükəsizlik Xidməti İmişli rayonunda əməliyyata başlayıb.
CivilAzerbaijan.com Turan İnformasiya Agentliyinə istnadla bildirir ki, prokurorluqdakı mənbənin verdiyi məlumata görə, DTX əməkdaşları icra hakimiyyətinin binasına daxil olaraq, binaya giriş-çıxışları bağlayıb.
Eyni zamanda, binaya gedən yollarda polis dəstələri yerləşdirilib.
Qeyri-rəsmi məlumatlara görə, rayon rəhbərliyi saxlanılıb.
Eyni zamanda, Baş Prokurorluğun mətbuat xidməti Lənkəran, Yevlax, Saatlı, Salyan, Daşkəsən və Hacıqabul rayonlarında icra hakimiyyətlərinin bir neçə nümayəndəsinin həbs edildiyini bildirib.
Saxlanılan şəxslər karantin dövründə Heydər Əliyev Fondunun imkansız şəxslər üçün ayırdığı humanitar yardımı mənimsəməkdə və saxta arayışlar verməkdə ittiham olunurlar.
Saxlanılan şəxslər barəsində sui-istifadə və vəzifə saxtakarlığı ilə bağlı cinayət işləri açılıb.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər