DTX-nın Mədəniyyət Nazirliyində əməliyyat keçirməsinin arxasında nə durur?

Xəbərin çap versiyası
Tarix: 8-05-2020, 14:24
DTX-nın Mədəniyyət Nazirliyində əməliyyat keçirməsinin arxasında nə durur?


Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) mayın 8-i səhərdən Mədəniyyət Nazirliyində xüsusi əməliyyat keçirməsi barədə sensasion şayiələr təsdiqlənib.

CivilAzerbaijan.com
-un xəbərinə görə, DTX-nın məlumatında deyilir ki, Mədəniyyət Nazirliyinin yüksək vəzifəli məmurları öz vəzifələrindən sui-istifadə edərək çoxsaylı qanunsuz hərəkətlər törədiblər. Bununla əlaqədar DTX əməliyyat-istintaq tədbirləri həyata keçirir.

Turan İnformasiya Agentliyinə qeyri-rəsmi mənbələrdən məlum olub ki, nazir müavini Rafiq Bayramov və bir sıra digər şəxslər saxlanılıb. Nazirliyin telefonları cavab vermir.

Qeyd edək ki, nazir Əbülfəz Qarayev ölkə hökumətində xoşagəlməz şəxsiyyətlərdən biridir. Mədəniyyət naziri postunu tutan şəxs Azərbaycan dilində normal danışa bilmir. Bu keçmiş komsomolçu “Şahdağ” qış kompleksinin tikintisini başa çatdırmaması ilə “məşhurlaşıb”.

Şayiələrə görə, ona vaxt verilib ki, kompleksdə otel tikintisini tamamlasın, ancaq o edə bilməyib. Əbülfəz Qarayevin ağlına gələn yeganə şey öz qohumunu “Şahdağ” kompleksinin rəhbəri təyin etmək olub.

***

Dövlət Təhlükəsizliyi Xidməti Mədəniyyət Nazirliyinin vəzifəli şəxsləri ilə bağlı əməliyyat keçirir.

Bu barədə Dövlət Təhlükəsizliyi Xidməti rəsmi məlumat yayıb.

“Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin vəzifəli şəxslərinin öz səlahiyyətlərindən qəsdən qulluq mənafeyinə zidd olaraq istifadə edib cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran coxsaylı qanunazidd əməllərə yol vermələri ilə bağlı Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən əməliyyat-istintaq tədbirləri həyata keçirilir,” məluatda deyilir.

DTX qeyd edir ki, aparılan araşdırmalar, cinayət törətməkdə şübhəli bilinən şəxslər və törədilmiş cinayət əməlləri barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Hələlik, Mədəniyyət Nazirliyindən münasibət almaq mümkün olmayıb.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz