Penitensiar Xidmətin əsgərinin güllə yarasından ölməsi bildirilir
Tarix: 8-05-2020, 14:46
Bakıda, Nərimanov rayonu ərazisində yerləşən 15 saylı cəzaçəkmə müəssisəsində Penitensiar Xidmətin əsgəri, 2001-ci il təvəllüdlü Salmanov Polad Nağı oğlu aldığı güllə yarasından ölüb.
CivilAzerbaijan.com bildirir ki, xəbəri yerli media yayıb.
Məlumata görə, əsgər alnından güllə yarası alıb və 1 saylı şəhər xəstəxanasına aparılarkən yolda ölüb.
Hadisə ilə bağlı Hərbi Prokurorluqda cinayət işi başlayıb.
Qurumun mətbuat xidmətinin rəhbəri Firad Əliyev bildirib ki, prokurorluğa daxil olmuş sözügedən məlumat əsasında Bakı hərbi prokurorluğunun əməkdaşları tərəfindən dərhal hadisə yerinə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən əşyalar maddi sübut kimi götürülüb. Müvafiq ekspertizalar təyin edilib, şahidlər dindirilib və digər hərəkətlər icra edilib:
“Fakt üzrə Bakı Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılaraq istintaq qrupu yaradılıb və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilir”.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər