Müxalifət qurumları Məhəmməd Əmin Rəsulzadənin abidəsini ziyarət edib

Xəbərin çap versiyası
Tarix: 28-05-2020, 14:30
Müxalifət qurumları Məhəmməd Əmin Rəsulzadənin abidəsini ziyarət edib


28 May - Respublika Günündə Müsavat, Xalq Cəbhəsi Partiyalarının və Milli Şuranın funksionerləri Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin Bakının Novxanı kəndindəki abidəsini ziyarət edib. Polis karantin rejimi səbəbindən abidənin önünə yalnız bir nəçə nəfəri buraxıb.

CivilAzerbaijan.com
AmerikanınSəsi-nə istinadla bildirir ki, bu, AXCP sədri Əli Kərimlinin koronavirus pandemiyası ilə bağlı elan edilən karantin dövründə evindən ilk çıxışı idi. Bundan öncə AXCP son 44 gündə Əli Kərimlinin evinin blokadada olduğunu, telefon və internet əlaqələrinin kəsildiyini bildirib.

Müxalifət qurumları Məhəmməd Əmin Rəsulzadənin abidəsini ziyarət edib

Milli Şura və AXCP rəhbərləri Məhəmməd Əmin Rəsulzadənin abidəsini ziyarət edib

Əli Kərimli Məhəmməd Əmin Rəsulzadənin abidəsi önündə qısa çıxış edib.

O çıxışında deyib: “Bu gün, azərbaycanlıların yaratdığı ən böyük bayramı qeyd edirik. Cümhuriyyət günü bizə məxsus olan ən önəmli bayramdır. Biz, bu gün Rəsulzadə başda olmaqla bütün qurucu babalarımızı rəhmətlə anırıq. Onlara minnətdarlıq borcumuz var. Onlar həddindən artıq çətin bir zamanda Çar İmperiyasının əsarətindən bizim vətənimizi xilas edib. Əvvəl muxariyyət, sonra müstəqillik ideyasını kütləviləşdirərək, xalqın gücü ilə o zamankı ağır şərtlərdə, dünya müharibəsi şəraitində kasıblıq, təhsilsizlik şəraitində yoxdan var edərək Azərbyacan dövlətini qurublar. Bizə bu qüruru yaşadıblar. Biz şadıq ki, tariximizdə belə bir gün var. Cümhuriyyət elə bir bayramdır ki, indiyədək olduğu kimi, bundan sonra da əbədi olaraq bizim başımızı uca edəcək. Rəhmətlik qurucu babalarımız bizə elə bir miras qoyublar ki, hər zaman, dünyanın hər yerində başımız uca olur. Nə qədər çətinliklər yaşasaq da düşünürük ki, bizim belə bir dövlətimiz var. Cümhuriyyət bizim qürurlu keçmişimiz deyil, həm də gedəcəyimiz yoldur. Biz Azərbaycanda mütləq yenidən cümhuriyyəti bərqərar edəcəyik. Bu ölkədə cümhuriyyət dəyərlərini yenidən hakim edəcəyik. Heç kimin buna şübhəsi olmasın, müvəqqəti çətinliklər gəlib keçəcək və biz yenidən cümhuriyyət dəyərlərini hakim edəcəyik,” o qeyd edib.

Müxalifət qurumları Məhəmməd Əmin Rəsulzadənin abidəsini ziyarət edib

Müsavat Partiyasının rəhbərləri Məhəmməd Əmin Rəsulzadənin abidəsini ziyarət edib

Polis AXCP və Milli Şura funksionerlərinə yaxınlaşaraq sosial məsafənin qorunmasını və tibbi maskalardan istifadə edilməsini xahiş edib. Polis AXCP və Milli Şura rəhbərlərini yol boyu müşaiyət edib.

Polis Müsavat Partiyasının fəallarını da karantin qaydalarına əməl etməyə, sosial məsafəni qorumağa dəvət edib və abidənin ziyarətinə yalnız partiyanın rəhbərliyində olan bir neçə şəxsi buraxıb. Buna etiraz olaraq fəallar "Müsavat", "Rəsulzadə" şüarları səsləndirib.

Müxalifət qurumları Məhəmməd Əmin Rəsulzadənin abidəsini ziyarət edib

İnsanlar Məhhəmməd Əmin Rəsulzadənin aidəsinin ziyarətinə buraxılmır

Müsavat Partiyasının başqanı Arif Hacılı cümhuriyyət bayramının vacibliyini qeyd edib, Azərbaycan hakimiyyətinin bu bayrama qısqanclıqla yanaşdığını deyib.

"Biz bu bayramı Azərbaycan Hava Qüvvələrin təyyarələrinin havaya qalxmaqla qeyd etməsini təklif etmişdik. Təəssüf ki, hakimiyyət təklifimizi qəbul etməyib və demək olar ki, bu gün bayram kimi qeyd edilməyib," o bildirib.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz