AXCP-nin daha bir üzvü həbs edilib

Xəbərin çap versiyası
Tarix: 25-06-2020, 18:14
AXCP-nin daha bir üzvü həbs edilib


Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Gəncə şəhər şöbəsinin üzvü Firdovsi Əmrahovun bu gün, iyunun 25-də səhər saatlarında saxlandığı bildirilir


CivilAzerbaijan.com
bildirir ki, bu barədə AXCP-dən məlumat verilib. Məlumata görə, F.Əmrahov Gəncədən Bakıya aparılıb.

Partiyadan habelə bildirilib ki, F.Əmrahov sosial şəbəkələrdəki tənqidi fəaliyyətinə görə saxlanıb: "Saxlandıqdan sonra onun Facebook hesabı silinib".

Bu deyilənlərə, hələlik, Daxili İşlər Nazirliyindən münasibət öyrənmək mümkün olmayıb.

AXCP-nin hazırda 10-a yaxın üzvü həbsdədir. Onlar müxtəlif maddələr üzrə ittiham edilsələr də, partiya həmin şəxslərin siyasi sifarişlə şərləndiyini bəyan edib.

Azərbaycan rəsmiləri isə ölkədə siyasi həbslərin olmadığını vurğulayırlar.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz