Məhkəmənin AXCP fəalı Babək Həsənovla bağlı QƏRARI

Xəbərin çap versiyası
Tarix: 1-07-2020, 14:11
Məhkəmənin AXCP fəalı Babək Həsənovla bağlı


Çərşənbə günü Nizami Rayon Məhkəməsində Xalq Cəbhəsi Partiyasının fəalı Babək Həsənovun cəzasının 2/3 hissəsinin çəkilməsi ilə əlaqədar şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə müraciətinə onlayn formada baxılıb.

CivilAzerbaijan.com
bildirir ki, məhkəmə vəsatəti təmin etməyib və bunu B.Həsənovun il yarım bundan öncə Kürdəxanı İstintaq Təcridxanasında nizam-intizamı pozduğuna görə karserə salınması ilə əsaslandırıb.

Müdafiə tərəfi məhkəmənin dəlillərini əsassız hesab edir və apellyasiya vermək niyyətindədir, Turanın məlumatında qeyd olunur.

Xatırladaq ki, B.Həsənov 2018-ci ilin mayında həbs edilib və sonradan guya AXCP-nin qanunsuz maliyyələşdirilməsi ilə bağlı saxta iş üzrə 4 il müddətinə azadlıqdan məhrum olunub.

Onunla birlikdə bir neçə nəfər də mühakimə olunub. Onların günahı ondan ibarət idi ki, siyasi məhbusların ailələrinə maddi yardım göstəriblər.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz