AXCP rayon təşkilatının üzvü saxlanılıb
Tarix: 5-07-2020, 14:13
AXCP üzvü Qaçay Qafarov iyulun 4-də polisə aparılıb.
CivilAzerbaijan.com bildirir ki, məlumatı AzadliqRadiosuna partiyanın rayon təşkilatından Namiq Hacıbəyli verib.
O, Qaçay Qafarovun Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü olduğunu söyləyib. Qaçay Qafarov Müsavat partiyası Göyçay rayon təşkilatının Şura üzvü Alışan Qafarovun oğludur. Namiq Hacıbəyli bildirib ki, cəbhəçi Facebook profilində “Polis günü” haqqında tənqidi status yazdığına görə aparılıb:
“İyulun 4-də Yalman kəndində qoyun otararkən, polislər onu heç bir izahat vermədən aparıblar. Sonradan öyrəndik ki, polis barədə yazdığına görə saxlayıblar”.
Namiq Hacıbəyli iyulun 6-da səhər saat 11-də Qaçay Qafarov haqqında yerli məhkəmənin hökm verəcəyini bildirib.
AXCP iyulun 4-də daha bir üzvü Əlixan Rəcəblinin polis tərəfindən saxlanıldığını bildirib.
Məlumata görə, AXCP üzvü günorta saatlarında yaşadığı evdən Masallı Rayon Polis Şöbəsinə aparılıb. Partiyadan deyilir ki, Ə.Rəcəblinin saxlanma səbəbi onun sosial şəbəkələrdə aktivliyi ilə bağlıdır.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən münasibət öyrənmək mümkün olmayıb.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər