Beynəlxalq təşkilatlardan Azərbaycan hakimiyyətinə ÇAĞIRIŞ

Xəbərin çap versiyası
Tarix: 10-07-2020, 14:47
Beynəlxalq təşkilatlardan Azərbaycan hakimiyyətinə


“Biz, aşağıda imza atan təşkilatlar, Azərbaycan və Tacikistan nümayəndələrinin ATƏT-in KİV azadlığı üzrə Nümayəndəsi (RFOM) Arlem Dezirin mandatının uzadılmasına blok qoymaq qərarından dərin narahatlıq hissi keçiririk”.

CivilAzerbaijan.com
bildirir ki, bu barədə 29 beynəlxalq təşkilatın birgə bəyanatında deyilir.

"ATƏT-ə üzv olan bütün dövlətlər ifadə azadlığı və KİV azadlığı ilə bağlı öhdəliklərinə riayət etməlidirlər. Buna görə Azərbaycan və Tacikistanın bu addımı ATƏT Nümayəndəsinin əsas nəzarət funksiyasını zəiflətmək cəhdidir.

Bizim təşkilatlarımız uzun illər ərzində hazırki və keçmiş RFOM-larla sıx əlaqəli şəkildə işləyib və onların ATƏT regionunda KİV azadlığına dəstək fəaliyyətini dəstəkləyib.

ATƏT-in mətbuat azadlığı üzrə nümayəndəsi mandatı ATƏT regionunda KİV-in müdafiəsi və azadlığı işində həddindən artıq əhəmiyyətli institutdur. Xüsusən, biz RFOM-un KİV-in və ifadə azadlığının təşviqi və müdafiəsi ilə bağlı müvafiq məsələlərdə, habelə beynəxalq standartlara və ATƏT qarşısındakı öhdəliklərə uyğun qanunvericiliyin hazırlanmasında ATƏT-in iştirakçısı olan dövlətlərə göstərdiyi köməkliyi yüksək qiymətləndiririk”, deyə bəyanatda bildirilir.

“COVİD-19 pandemiyası göstərdi ki, hazırda KİV azadlığının təmin edilməsi hər zaman olduğundan daha vacibdir. Hesab edirik ki, mandatın uzadılması ATƏT iştirakçısı olan dövlətlərin KİV azadlığı təhlükə altında olduğu bir vaxtda ona sadiqliklərini təsdiq etmələri üçün mühüm imkandır.

Buna görə biz Azərbaycanı, Tacikistanı və ATƏT-in iştirakçısı olan bütün dövlətləri öz beynəlxalq öhdəliklərini yerinə yetirməyə və iyulun 19-da cənab Dezirin fəaliyyət müddəti başa çatana qədər mandatının uzadılmasını dəstəkləməyə çağırırıq”, deyə Article 19, Jurnalistləri Müdafiə Komitəsi, Sərhədsiz Reportyorlar, Avropa Mətbuat və KİV Azadlığı Mərkəzi, Avropa Jurnalistlər Federasiyası, Freedom House, Senzura İndeksi, Beynəlxalq Jurnalistlər Federasiyası, Beynəlxalq Mətbuat İnstitutu, ABŞ Pen-Klubu, Beynəlxalq Pen-Klub, Rori Pek Fondu və digər təşkilatların imzaladığı sənəddə qeyd edilir.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz