Fuad Qəhrəmanlıya qarşı ittihamlara fərqli münasibətlər
Tarix: 25-07-2020, 23:43
Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Rəyasət Heyətinin üzvü Fuad Qəhrəmanlı-ya Cinayət Məcəlləsinin (CM) 278-ci-ci maddəsi (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlamağa yönəlik hərəkətlər) ilə də ittiham verilib.
CivilAzerbaijan.com bildirir ki, Fuad Qəhrəmanlı iyulun 14-dən 15-nə keçən gecə Qarabağa dəstək yürüşündə baş verənlərə (bir qrup şəxsin parlamentin binasına girişi, polis maşınının aşırılması) görə başlanmış cinayət işi üzrə istintaqa cəlb olunub.
Ona habelə, bir çox əqidə yoldaşları kimi CM-nin 186 (əmlakı qəsdən məhvetmə və ya zədələmə), 233 (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətlər təşkil etmə ) və 315-ci (hakimiyyət nümayəndəsinə zor tətbiq etmə) maddələri ilə də ittihamlar irəli sürülüb. İctimai fəal Bəxtiyar Hacyev bu məsələlərlə bağlı Azadlıq Radiosuna deyib ki, AXCP üzvlərinin həbsləri əsassızdır:
“İttihamları siyasi motivli hesab edirəm”
“AXCP üzvlərinə qarşı elan olunmuş ittihamları siyasi motivli hesab edirəm. Çünki, birincisi ölkə rəhbəri çıxş etmişdi. Siqnal vermişdi ki, AXCP və Milli Şura ilə mübarizə aparmaq lazımdır. Həmin hadisələrlə bağlı 10-larla telefon, kamera görüntüləri var ki,ittiham edilən şəxslərin heç birinin təxribatda iştirak etmədiklərini, əksinə, bəzi hallarda bu təxribatların qarşısını aldıqları görünür. Hətta, aksiyada iştirak etməyən şəxslərin cinayət məcəlləsinin bir neçə maddəsilə ittiham olunmaları tamamilə siyasi qərarın nəticəsidir”.
“Yəqin ki, nəsə bildikləri var”
Deputat Razi Nurullayev isə bu məsələdə fərqli düşünür. O “ Turan” agentliyinə deyib ki, bu həbsləri, ittihamları əsaslı və ya əsassız sayıb-saymaması üçün əlində faktı yoxdur:
“Amma müəyyən məsələlərdə tələsmək lazım deyil, hər halda hüquq-mühafizə orqanları bunu araşdırırsa, bu şəkildə ciddi ittihamlar irəli sürürsə, yəqin ki, nəsə bildikləri var. Amma orada kimin günahlı olub olmaması istintaqın gedişində məlum olar”.
Hər iki müsahibin dilə gətirdiyi fikirlərə, hələlik, hüquq mühafizə orqanlarından isə münasibət, almaq mümkün olmayıb.Hərçənd onlar bir qayda olaraq ölkədə siyasi sifarişli həbslərin olmadığını vurğulayırlar.
Prazident: “Faktiki olaraq hakimiyyəti qanunsuz yollarla zəbt etmək istəyirdilər”
Azərbaycan Prezidentİlham Əliyev də son həftələr bir neçə çıxışında iyulun 14-də orduya dəstək aksiyasında yaşananlara münasibət bildirib. O, iyulun 21-də Bakının Xətai rayonunda Azərbaycanın ərazi bütövlüyü uğurunda həlak olanların ailələrinə, müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması mərasimində qeyd edib ki, istintaqı qabaqlamaq istəmir:
“Yenə də deyirəm, qabaqlamaq istəmirəm, Azərbaycan xalqı hər şeyi biləcək. Faktiki olaraq hakimiyyəti qanunsuz yollarla zəbt etmək istəyirdilər. Amma mən dedim, onların fikri o illərə getməsin. İndi Azərbaycan o Azərbaycan deyil...”, deyə o qeyd etmişdi.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər