Daha bir İcra Hakimiyyətində əməliyyat - SAXLANILANLAR VAR

Xəbərin çap versiyası
Tarix: 19-08-2020, 13:20
Daha bir İcra Hakimiyyətində əməliyyat -


Kürdəmir rayon İcra Hakimiyyətində əməliyyat keçirilir.

CivilAzerbaijan.com
bildirir ki, yerli medianın məlumatına görə, Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən keçirilən əməliyyat vətəndaşlardan daxil olan şikayətlər əsasında aparılır.

Saxlanılanların olduğu bildirilir.

Məlumata görə, xüsusi əməliyyatı zamanı Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərov saxlanılıb.

Ceyhun Cəfərovla birgə habelə icra başçısının birinci müavini Tacəddin Novruzov, ərazi idarəetmə şöbəsinin müdiri Natiq Kərimov və başqaları saxlanılıblar.

Saxlanılan vəzifəli şəxslər rüşvət almaqda, dövlət əmlakını mənimsəməkdə və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə şübhəli bilinirlər.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz