Ramiz Mehdiyevin kürəkəninə və onun qudasına həbs cəzası
Tarix: 22-08-2020, 14:16
Milli Elmlər Akademiyasının prezidenti Ramiz Mehdiyevin nəvəsinin toyuna görə məhkəmə prosesi keçirilir. Evlənən gənclərin – Fidan Əliyeva və Səid Mustafayevin hər ikisinin atası məhkəmə qarşısına çıxarılıb.
CivilAzerbaijan.com bildirir ki, qudaların hər ikisinin işinə Abşeron Rayon Məhkəməsində baxılıb.
Məhkəmə İlhan Əliyevə və qudası Rövşən Mustafayevə 15 sutka həbs cəzası verib. Epidemiya əleyhinə rejimin, karantin rejimi qaydalarının pozulmasına görə məsuliyyət nəzərdə tutan İXM-in 211.1 maddəsinə əsasən, fiziki şəxslər 200 manatdan 400 manata, vəzifəli şəxslər isə 3000 manatdan 4000 manata qədər cərimələnə, yaxud da 1 aya qədər inzibati qaydada həbs oluna bilər.
Məhkəmədə ifadə verən polis əməkdaşı bildirib ki, toy günü gecə saat 23 radələrində Novxanıda İlham Əliyevə məxsus bağ evinə daxil olmaq istəsələr də, onlara imkan verilməyib. Onun sözlərinə görə, bağ evində həmin vaxt atəşfəşanlıq olub. Bu da diqqəti cəlb edib. Bu üzdən bağ evinə daxil olub, orada baş verənləri araşdırmaq istəyiblər. Rövşən Mustafayev isə bildirib ki, orada ara məsafənin gözlənilməsinə xüsusi diqqət yetiriblər.
"Həyətə daxil olmaq istədik, icazə vermədilər. 22 avqustda müəyyənləşdirdik ki, həmin gün Əliyev İlham Əlisəftər oğlunun nişan mərasimi olub. Orada Rövşən Mustafayev də iştirak edib. Əliyev İlhamın qudasıdır. Bağ evinin qarşısında 30-35 maşın vardı”, - deyə polis əməkdaşı bildirib.
İ.Əliyev və qudasının işinə baxan hakim Şövkət Nəcəfova vaxtilə jurnalist Seymur Həzinin də işinə baxaraq, onun 5 il azadlıqdan məhrum edilməsi haqda hökm çıxarmışdı, MeydanTV-nin məlumatında qeyd olunur.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər