Siyavuş Novruzov, Ombudsman xanımı və digərləri nə qədər cərimələnib? - MƏBLƏĞ

Xəbərin çap versiyası
Tarix: 23-08-2020, 14:28
Siyavuş Novruzov, Ombudsman xanımı və digərləri nə qədər cərimələnib? -


Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Prezidenti Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirak edən bəzi şəxslər cərimələnib.

CivilAzerbaijan.com
bildirir ki, millət vəkili Siyavuş Novruzov, Ombudsman Səbinə Əliyeva, Bakı Dövlət Universitetinin keçmiş rektoru Abel Məhərrəmov, keçmiş Rabitə və Yüksək Texnologiyalar naziri, AMEA Prezidentinin müşaviri Əli Abbasov, Azərbaycan Dövlət Akademik Filarmoniyasının direktoru Murad Adıgözəlzadə və xanımı Aysel Adıgözəlzadə xüsusi karantin qaydalarını pozduqlarına görə cərimə olunublar.

Onların hər biri İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə dörd yüz manat məbləğdə cərimə edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bu məlumatlar təsdiqlənib. Amma məlumata sözü gedən şəxslərdən, hələlik, münasibət almaq mümkün olmayıb.

Siyavuş Novruzov, Ombudsman xanımı və digərləri nə qədər cərimələnib? -


5 gün əvvəl, avqustun 18-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyevin kürəkəni, keçmiş deputat İlham Əliyevin qızının toyu olub.Sosial şəbəkələrdə həmin toyla və toyda iştirak edənlərlə bağlı bir sıra videolar, məlumatlar paylaşılıb. Yerli saytların məlumatına görə, adı çəkilən şəxslərdən bəzisi toyda iştirakını inkar etməyib. Koronavirus pandemiyası ilə bağlı, mart ayından Azərbaycanda toylara icazə verilmir.

Dünən YAP Siyavuş Novruzova Nazirlər Kabineti yanında Operativ Qərargahın tətbiq etdiyi karantin rejiminin tələblərini kobud surətdə pozmasını səbəb göstərərək töhmət verib. Bundan başqa, Abşeron Rayon Məhkəməsinin qərarı ilə Ramiz Mehdiyevin kürəkəni, keçmiş deputat İlham Əliyev və onun qudası Rövşən Mustafayev İnzibati Xətalar Məcəlləsinin 211.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə 15 sutka müddətinə inzibati qaydada həbs olunublar.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz