Terror təlimləri almış şəxs Azərbaycana ekstradisiya edilib

Xəbərin çap versiyası
Tarix: 31-08-2020, 13:06
Terror təlimləri almış şəxs Azərbaycana ekstradisiya edilib


Dövlət Təhlükəsizliyi Xidməti "xaricdə terror-təxribat təlimləri almış şəxsi" həbs edərək Rusiyadan Azərbaycana ekstradisiya etdiyini açıqlayıb.

CivilAzerbaijan.com
bildirir ki, DTX-nin açıqlamasına görə, araşdırmalar nəticəsində Faliq Vəliyevin "ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, terrorçuluq cinayət əməllərinin törədilməsi üsulları barədə hazırlıq keçməsinə, xarici xüsusi xidmət orqanları tərəfindən kəşfiyyat-təxribat xarakterli təlimlərə cəlb edilməsinə, ölkə hüdudlarından kənarda qanunsuz silahlı birləşmənin fəaliyyətində iştirak etməsinə" əsaslı şübhələr müəyyən edilib.

Faliq Vəliyev cinayətkar birlikdə (təşkilatda) iştirak etmə, terrorçuluq məqsədi ilə Azərbaycan Respublikasından kənarda təlim keçmə və Azərbaycan Respublikasından kənarda qanunvericilikdə nəzərdə tutulmayan silahlı birləşmələrin fəaliyyətində iştirak etmə maddələri ilə təqsirləndirilib, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Onun barəsində daha əvvəl beynəlxalq axtarış elan edilmişdi.


civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz