Ramiz Mehdiyevdən Əli Həsənov haqqında SƏRT İTTİHAMLAR
Tarix: 2-09-2020, 11:05
AMEA-nın prezidenti Ramiz Mehdiyev Prezident Administrasiyasının keçmiş şöbə müdiri Əli Həsənov haqqında sərt ittihamlar səsləndirib.
CivilAzerbaijan.com bildirir ki, Mehdiyev bu ifadələri işlədərkən ad çəkməyib. Lakin bu ittihamlarda söhbətin birmənalı olaraq Əli Həsənovdan getdiyi bəllidir. R. Mehdiyev uzun illər eyni komandada, hətta eyni binada çalışdığı şəxs haqqında deyir:
"Uzun müddət, istər sovet dövründə, istərsə də müstəqillik illərində Prezident Administrasiyasında məsul vəzifə tutan şöbə müdirlərindən biri xeyli vaxt öz həqiqi xislətini məharətlə gizlədə bilmişdi. Yalnız uzun illər sonra onun həqiqi əməlləri aşkara çıxdıqda, həmin şəxs dövlət başçısı tərəfindən tutduğu vəzifəsindən azad edildi. Bənzər nümunələr çox olub”.
"Belə bəsit ittihamlar səsləndirənlər unudurlar ki…"
Ramiz Mehdiyev vurğulayıb ki, administrasiyanın rəhbəri olduğu dövrdə də, indi də Azərbaycan mətbuatının vəziyyəti onu "əsla qane etməyib və bu məsələdə zaman-zaman ona təklif edilən "dekorativ, aldadıcı dəyişikliklərin qəti əleyhinə olub".
Akademik Qərbin aparıcı KİV-lərinin Bakıdakı ofislərinin bağlanmasında, onların Azərbaycandakı fəaliyyətinə qadağa qoyulmasında günahkar tutulması ilə razılaşmır:
"Deyəsən, belə bəsit ittihamlar səsləndirənlər unudurlar ki, mən Prezident Administrasiyasının rəhbəri olmuşam. Bu vəzifənin səlahiyyətləri qanunla müəyyən olunub və tənzimlənir".
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər